• $
  • €
  • ₽
  • ₺
  • £

IV Beynəlxalq Kitab Sərgi Yarmarkasının açılış mərasimi keçirildi

IV Beynəlxalq Kitab Sərgi Yarmarkasının açılış mərasimi keçirildi
16.09.2015 17:59
Azərbaycanda IV Beynəlxalq Kitab Sərgi Yarmarkasının açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, mərasimdə baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Azərbaycan Yazıçılar Birliyi sədri Anar və başqaları iştirak ediblər.
 
Ə. Qarayev bildirib ki, artıq ənənə halını alan Kitab Sərgi Yarmarkasına hər il maraq daha da artır: "Azərbaycanda kitab və poliqrafiya işi genişlənir, inkişaf edir. Mədəniyyət və Turizm Nazirliyinin nəşr etdiyi kitablar yüksək poliqrafiya keyfiyyəti ilə fərqlənir və dünyanın ən nüfuzlu kitab sərgilərində nümayiş olunur. Kitab Sərgi Yarmarkasına əvvəllər 30 nəşriyyat qatılırdısa, indi nəşriyyatların sayı 120-yə çatıb. Bizim təşkil etdiyimiz kitab yarmarkasında dünyanın 30-a yaxın ölkəsi iştirak edir”.
 
Qeyd edək ki, Bakı İdman Sarayında təşkil olunacaq sərgi-yarmarkada Türkiyə, Rusiya, Özbəkistan, İran, Misir, Nigeriya, Bosniya və Herseqovina, Almaniya, Albaniya, Slovakiya, Serbiya, Moldova, Ukrayna, Belarus, Estoniya və Yunanıstandan nəşriyyat və poliqrafiya müəssisələri, digər müvafiq qurumlar iştirak edir.
 
100-dən artıq yerli nəşriyyat və bu sahəyə bağlı olan digər qurumlar sərgidə iştirak üçün qeydiyyatdan keçib. Nazirliyin artıq 4-cü dəfə təşkil etdiyi sərgidə nəşriyyatlar müstəqil şəkildə tədbirlər təşkil edəcək, oxucu və yazıçıların görüşünü keçirəcək.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol