• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan filmi ABŞ-da nüfuzlu mükafata layiq görüldü

Azərbaycan filmi ABŞ-da nüfuzlu mükafata layiq görüldü
17.09.2015 19:32
Mariya İbrahimovanın çəkdiyi qısametrajlı filmi "Tamaşaçı rəğbəti" nominasiyasında festivalın yüksək mükafatını qazanıb

İçərişəhərdə çəkilmiş Azərbaycan filmi ABŞ-ın nüfuzlu qısametrajlı filmlər festivalında mükafata layiq görülüb.

"Report" xəbər verir ki, məlumatı Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidməti yayıb.
Qurumdan bildirilib ki, sentyabrın 10-da Vaşinqtonda 12-ci "DC Shorts” qısametrajlı film və ssenari festivalı ("DC Shorts Film Festival&Screenplay Competition”) başlayıb. Kinofestivalda ilk dəfə iştirak edən Azərbaycan festivala "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və "Nar Mobile” mobil operatorunun iştirakı ilə həyata keçirilmiş "Üç tarix" adlı film layihəsi çərçivəsində gənc rejissor Mariya İbrahimovanın çəkdiyi "Tanrıya məktub” adlı qısametrajlı filmlə qatılıb. Dünyanın 24 ölkəsindən 125 filmin iştirak etdiyi müsabiqədə Mariya İbrahimovanın çəkdiyi qısametrajlı filmi "Tamaşaçı rəğbəti" nominasiyasında festivalın yüksək mükafatına layiq görülüb.

Xatırladaq ki, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə 2012-ci ilin oktyabr ayında start verilmiş "Üç tarix” layihəsinin məqsədi gənc Azərbaycan kinorejissorlarına dəstək olmaq, onlara özünü ifadə imkanı yaratmaq, habelə ölkənin tarix-memarlıq irsinə marağın artırılmasından ibarətdir. Layihə çərçivəsində çəkilmiş filmlər müxtəlif beynəlxalq festivallarda iştirak edirlər.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol