• $
  • €
  • ₽
  • ₺
  • £

Oktyabrda "Müsyö İbrahim və Quran çiçəyi"nin premyerası olacaq

Oktyabrda "Müsyö İbrahim və Quran çiçəyi"nin premyerası olacaq
21.09.2015 18:59
Tamaşanın son məşqləri gedir

Akademik Milli Dram Teatrında Erik Şmidtin "Müsyö İbrahim və Quran çiçəyi" adlı əsəri əsasında hazırlanan tamaşanın premyerası olacaq.
Bu barədə "Report"a tamaşanın rejissoru, Sankt-Peterburqdan dəvət edilmiş həmyerlimiz Ərşad Ələkbərov məlumat verib.

Onun sözlərinə görə, tamaşa artıq hazırdır: "Sonuncu məşqlər aparılır. Oktyabrın əvvəlində yeni səhnə əsərini təhvil verəcəyik və premyera olacaq".

Tamaşanın bədii rəhbəri Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru xalq artisti Azərpaşa Nemətdir.

Tamaşada baş rolu - Müsyö İbrahim obrazını xalq artisti, görkəmli sənətkar Fuad Poladov canlandırır. Əsərdə əməkdar artistlər Mehriban Zəki, Sabir Məmmədov, Şəlalə Şahvələdqızı, aktyorlar Murad İsmayıl, Sərdar Rüstəmov, Adil Dəmirov, Fidan Cəfərova və başqaları çıxış edir.
Xatırladaq ki, bu məşhur əsəri fransız əsilli yazıçı Erik Emmanuel Şmidt 2001-ci ildə yazıb və müəllifin dünyada tanınan yaradıcılıq nümunələrindən biridir. Dünyanın 30-dan artıq tanınmış teatrının səhnəsində tamaşaya qoyulan əsər yazıçının avtobioqrafik romanıdır. E.E.Şmidtin əsəri yəhudi məhəlləsində yaşayan 12 yaşlı Momo deyilən Musa və 60 yaşlı müsəlman baqqal İbrahim arasında yaranan sevgi, hörmət və səmimiyyətə söykənən dostluqdan bəhs edir. 

Əsər yəhudi Momonun İbrahim sayəsində islamı qəbul etməsi və bütün pis vərdişlərdən əl çəkməsi ilə sona çatır. Bu məşhur roman 2001-ci ildə dünyada ən çox satılan əsər olub və "Fransız Akademiyası"nın ən yüksək mükafatını qazanıb. Məşhur romana 2003-cü ildə fransız rejissoru Fransua Dupeyron eyniadlı film çəkib. Filmdə baş rolu Ömər Şərif oynayıb.  

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol