• $
  • €
  • ₽
  • ₺
  • £

Təsviri sənət qalereyasının əsaslı təmirdən sonra açılışı oldu

Təsviri sənət qalereyasının əsaslı təmirdən sonra açılışı oldu
22.09.2015 21:13
Mikayıl Cabbarov: "Qalereya ən müasir avadanlıqlarla təchiz edilib

Bu gün Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Təsviri sənət qalereyasının əsaslı təmirdən sonra açılışı olub. "Report" xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov çıxışında qalereyanın ən müasir avadanlıqlar ilə təchiz edildiyini nəzərə çatdırıb.

Nazirin sözlərinə görə, burada şagirdlərin təsviri sənətin sirlərinə yiyələnməsi üçün lazımi şərait yaradılıb: "Yeni üslubda ümumi bir mərkəz funksiyasını yerinə yetirəcək qalereya məktəblilərin asudə vaxtlarının səmərəli keçirilməsi, onların müasir rəssamlıq ənənələri əsasında inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir".

Qalereyada şagirdlərin yaradıcılıq məşğələləri və sərgilərin keçirilməsi üçün 7 salon mövcuddur: "Qalereyada "Qrafika və rəngkarlıq", "Rəqəmsal təsvir" dərnəkləri fəaliyyət göstərəcək. Dərnəklər 5-16 yaşlı məktəblilərin qrafika və rəngkarlıqla məşğul olması üçün nəzərdə tutulub. Eyni zamanda, qalereyada respublika əhəmiyyətli müxtəlif sərgi, müsabiqə və ustad dərsləri də təşkil olunacaq.

Qeyd edək ki, sərgidə Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəbləri və yaradıcılıq mərkəzlərinin dərnək üzvləri arasında keçirilən, təsviri sənətin bütün janrlarını özündə əks etdirən rəsm sərgisi nümayiş olunub.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol