• $
  • €
  • ₽
  • ₺
  • £

Nobel Ədəbiyyat mükafatına namizədlərə pul qoyuluşunun əmsalları açıqlanıb

Nobel Ədəbiyyat mükafatına namizədlərə pul qoyuluşunun əmsalları açıqlanıb
24.09.2015 15:00
Böyük Britaniyanın "Ladbrokes” bukmeker kontoru 2015-ci il Nobel Ədəbiyyat mükafatına namizədlərə pul qoyuluşunun əmsallarını açıqlayıb.

APA-nın "Ladbrokes” bukmeker kontorunun saytına istinadən verdiyi xəbərə görə, Nobeli qazanmağa ən şanslı namizəd 5.00 əmsalla belarus Svetlana Aleksijevitjdir (Belarus yazıçıya qoyuluş edən şəxslər o qalib gəldiyi təqdirdə hər dollara görə 5 dollar qazanacaq – red).
 
Son 10 ildə Nobeli qazanmağa ən şanslı namizəd kimi göstərilən yaponiyalı yazıçı Haruki Murakami 6.00 əmsalla ikinci sırada qərarlaşıb.
 
Keniyalı yazıçı Nquqi va Thionqo 7.00 əmsalla 3-ci, amerikalı Filip Rot 8.00 əmsalla 4-cü, amerikalı Joyce Karol Oates 12.00 əmsalla 5-ci, suriyalı Adonis (Əli Əhməd Səid Əsbar) 16.00 əmsalla 6-cı pillədə yer alırlar.
 
İtaliyalı Umberto Eko və britaniyalı Salman Rüşdi hərəyə 50.00 əmsalla onluqdan kənarda qalıblar.
 
Qeyd edək ki, İsveç Kral Akademiyasının 1901-ci ildən təqdim etdiyi Nobel Ədəbiyyat mükafatı keçən il fransız yazıçı Patrik Modianoya verilb.
 
Mükafatın builki qalibinin adı oktyabrın əvvəllərində açıqlanacaq.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol