• $
  • €
  • ₽
  • ₺
  • £

"Yazı" dərgisinin 15-ci sayı çıxdı

"Yazı" dərgisinin 15-ci sayı çıxdı
30.09.2015 20:45
"Yazı” ədəbiyyat dərgisinin 15-ci sayı işıq üzü görüb.

"Bir kitab şeir” rubrikasında  Rasim Qaracanın şeirləri, "Nəsr” bölümündə  Rövşən Yerfinin "Qazamat sanitarları” adlı uzun hekayəsinin sonu, Usuboğlu,  Şərif Ağayar, Natiq  Mənnədli,  Müşfiq Xan, Etibar  Salmanlı, Namiq Hüseynli, Samir  İlqaroğlu, Rövşən Danyeri, Ayxan  Ayvaz, Hacıbala Səfərov, Fariz  Yunisli, Günel Natiq, Fərhad Zeynalovun hekayələri və Azad Qaradərəlinin "Şüşə ev” romanının davamı  çap olunub.


"Poeziya” bölməsində Ziba Xəlil, Kənan Hacı, El-Sevər, Furqan, Vəfa Mürsəlqızı və Qalib Bəhramoğlunun şeirləri yer alıb.

"Sözümüzün yiyələri” rubrikasında Sabir Əhmədlinin "Yazılmayan yazı” memuar romanının davamı, "Güney sovqatı”nda  Rza Talibi, Kiyan Xiyav,  Məhəmməd Səfəri, M.Ləvai və  Ruqiyyə Səfərinin yazıları verilib.

Dərginin "Çevirmə” yerində Xulio Kortosar, M.Saltıkov-Şedrinin əsərlərindən nümunələr, "Esseistika” bölümündə Niyazi Mehdinin "Dilüstü və diliçi gəzişmələrdən” adlı  essesinin əvvəli və Tomas de Valın "Əli və Nino” məqaləsi verilib.

"Sənədli nəsr” guşəsində Böyükxan Nağıyevin "Ölmədik, yaşadıq” memuarı "Palitra”da isə görkəmli Meksika rəssamı Frida Kahlo yaradıcılığı haqda  məlumat və rəsmlərindən nümunələr oxuculara təqdim olunur.

Dərginin bu sayında ədəbiyyat xəbərləri, yeni nəşrlər və digər yazılarla da tanış olmaq olar.

"Yazı”nın yeni sayını  rayonlarda "Azərmətbuatyayım”ın köşklərindən,  Bakıda isə Kitabevim.az kitab mağazasından əldə etmək mümkündür.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol