• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda Rusiya Filmləri Həftəsi başlayır

Bakıda Rusiya Filmləri Həftəsi başlayır
30.09.2015 14:30
Film həftəsi çərçivəsində Rusiyanın tanınmış aktyorları Bakıya gələcək

Oktyabrın 1-dən 7-dək Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, "Kinofest" Prodüser Mərkəzi və Nizami Kino Mərkəzinin təşkilatçılığı ilə Bakıda Rusiya Filmləri Həftəsi keçiriləcək.

ANN.Az xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Film həftəsi ilə əlaqədar rusiyalı kinematoqrafçılardan ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Nümayəndə heyətinin tərkibinə xalq artisti Boris Şerbakov, həftənin filmlərində çıxış edən digər aktyorlardan Denis Şvedov, Valeri Şkirando, Olqa Lomonosova, Aleksandra Rozovskaya, prodüserlər Yekaterina Filippova, Dmitri Savinski, Georgi Malkov, nümayiş olunacaq "Quzum Dolli kinli idi, tez öldü" bədii filminin ssenari müəllifi, rejissoru və prodüseri, tanınmış televiziya xadimi Aleksey Pimanov və "Kinofest" Prodüser Mərkəzinin baş direktoru Sergey Bragim daxildir.
Film həftəsi çərçivəsində oktyabrın 1-də saat 19:00-da "Burada üfüqlər sakitdi...", oktyabrın 2-də saat 18:40-da "Yaşıl karet", oktyabrın 3-də saat 18:40-da "Quzum Dolli kinli idi, tez öldü", oktyabrın 4-də saat 18:40-da "Kabus", oktyabrın 5-də saat 18:40-da "Batalyon", oktyabrın 6-da saat 18:40-da "Ələkeçməz", oktyabrın 7-də saat 18:40-da isə "Əziz anam" bədii filmləri Nizami Kino Mərkəzində tamaşaçılara təqdim olunacaq. 

Qeyd edək ki, film nümayişlərinə giriş sərbəstdir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol