• $
  • €
  • ₽
  • ₺
  • £

Hüseyn Cavidin "İblis" əsəri Türkiyədə səhnəyə qoyulacaq

Hüseyn Cavidin "İblis" əsəri Türkiyədə səhnəyə qoyulacaq
01.10.2015 13:50
Tamaşa 2016-cı ildə hazırlanacaq

Dramaturq Hüseyn Cavidin "İblis" əsəri Türkiyədə səhnəyə qoyulacaq. 
Bu barədə "Report"a Azərbaycanın əməkdar incəsənət xadimi, uzun illərdir Türkiyədə yaşayan rejisor-aktirisa Məlahət Abbasova məlumat verib. 

Əsərin quruluşçu rejisoru olan M.Abbasovanın sözlərinə görə, tamaşanın hazırlıq prosesinə 2016-cı ildə başlanılacaq: "Xalq yazıçısı Elçinin "Şekspir" əsərini uğurla təhvil verdik. Elçinin "Teleskop" əsərini də, hazırladım. 2016-cı ildə Hüseyn Cavidin "İblis" faciəsinə quruluş verəcəm. İnanıram ki, bu tamaşa da, türk tamaşaçılarının rəğbətinin qazanacaq. Həmçinin M.F.Axundovun "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyasının da, Türkiyə Teatrının səhnəsində nümayiş edilməsini çox istəyirəm. Allah qoysa, rejissor kimi bu əsərlərə quruluş vermək istəyirəm."

M.Abbasova Türkiyədə aktrisa kimi rol aldığı filmlərdən də, danışıb. O. qeyd edib ki, "TRT 1" kanalı böyük layihəyə başlayır. "Səbdülbahi 32 saat" adlanan və tarixdən bəhs edən serialda M.Abbasova da rol alacaq: "Bu serialda qızımla birlikdə çəkiləcəm. Bundan əlavə, "Kanal D" televiziyası ilə yeni filmin çəkilişi haqda anlaşma əldə etmişik. "Düş tarlası" adlı filmdə əsas obrazlardan birini canlandıracam."

Xatırladaq ki, M.Abbasova bir neçə gün əvvəl Bakıda olub və "Brat Li" adlı kommersiya filmində ana obrazını canlandırıb.  

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol