• $
  • €
  • ₽
  • ₺
  • £

“Facebook”un əməliyyat direktorunun kitabı Azərbaycan dilində!

“Facebook”un əməliyyat direktorunun  kitabı Azərbaycan dilində!
01.10.2015 13:00

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyevin tərcüməsi ilə "Facebook"un əməliyyat direktoru Şeril Sendberqin "Fəallıqdan qorxma qadın, iş və liderlik iradəsi" adlı kitabı işıq üzü görüb. 
 
Kitabda qeyd edilir ki, biznes dünyası qadınlara indiyədək bilinməyən müəyyən qaydalar diktə edir. Zəka və iradə keyfiyyətlərini daha çox nümayiş etdirmək lazım deyil. Karyera pilləkənində öz ambisiyalarını və irəli getmək cəhdlərini göstərməyə dəyməz. Bundan başqa, qadınları öz şəxsi, daxili maneələri ləngidir. Qadınların nə üçün karyeralarını buraxmalarının, doğrudan da, yüzlərlə ciddi səbəbləri var.
 
 Onlar özlərinə inamlarının kifayət qədər olmamasına, özlərinə həddən artıq diqqət yetirmələrini istəmədiklərinə görə irəli gedə bilmirlər.
 
 
Nəticədə bu gün dünyanın aparıcı şirkətlərinin rəhbərlərindən yalnız 4 faizi qadınlardır. Şeril Sendberqin biznes dünyasında ən nüfuzlu simalardan biri kimi özünün iş həyatında nə kimi əngəllərlə rastlaşdığından danışılan kitab qadının karyerada və biznesdə özünü göstərmək hüququnu nümayiş etdirənlərin hamısı üçün ruhlandırıcı manifest və mənbədir.
 
 
Kitaba görə, ailədə münasibətlər bərabər tərəfdaşlıq əsasında qurulmalıdır. Əsər ailə ilə karyera arasında düzgün balans tapılması və qadınların irəli getməsinə mane olan qorxulara qarşı necə mübarizə aparılması haqqında əməli məsləhətlərlə doludur.
 
 
Şeril Sendberq Harvarddan bakalavr və MBA məzunudur. "Facebook"un əməliyyat direktoru olana qədər "Google" internet korparasiyasında veb-satış və beynəlxalq əməkdaşlıq üzrə vitse-prezident  və ABŞ Maliyyə Nazirliyinin aparat rəhbəri işləyib. 
 
Əvvəllər "McKinsey&Company"də məsləhətçi və Dünya Bankında tədqiqatlar üzrə assistent vəzifələrində çalışıb.
 
 
Şeril, "Facebook", "The Walt Disney Company", "Women of Women Internationlly", "Vday"  və "ONE" kimi təşkilatların  direktorlar şuralarına və idarə heyətlərinin tərkibinə daxildir.
 
 
Şeril həyat yoldaşı Deyv Qoldberq və iki uşağı ilə Şimali Kaliforniyada yaşayır.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol