• $
  • €
  • ₽
  • ₺
  • £

“Qlobus” Teatrı “Hamlet” tamaşasını nümayiş etdirib

“Qlobus” Teatrı  “Hamlet” tamaşasını nümayiş etdirib
04.10.2015 12:00
Azərbaycan Dövlət  Akademik Milli Dram Teatrının səhnəsində Şekspirin "Qlobus” teatrı "Hamlet” tamaşasını nümayiş etdirib. APA-nın məlumatına görə, tamaşanın nümayişindən əvvəl teatrın kollektivinin iştirakı ilə mətbuat konfransı keçirilib.
 
Teatrın bədii rəhbəri və baş rejissoru, xalq artisti Azərpaşa Nemət teatrın Azərbaycana gəlişini mühüm mədəni hadisə kimi dəyərləndirib.
 
Qeyd olunub ki, teatrın Azərbaycana qastrol səfəri Böyük Britaniya Birləşmiş Krallığının mədəni əlaqələr və təhsil imkanları üzrə beynəlxalq təşkilatı olan "British Council”, Avropa Azərbaycan Cəmiyyəti, Mədəniyyət və Turizm Nazirliyinin birgə dəstəyi ilə reallaşıb.
 
A. Nemət əlavə edib ki, "Hamlet" Azərbaycanda dəfələrlə tamaşaya qoyulub və maraqla qarşılanıb.
 
Qafqazda ilk dəfə Bakıda olduqlarını söyləyən tamaşanın rejissoru Tom Bort  vurğulayıb ki, Şekspirin anadan olmasının 450-ci və ölümünün 400-cü ildönümünü qeyd edən Londonun "Qlobus” Teatrı 23 aprel 2014-cü il tarixindən 23 aprel 2016-cı il tarixinədək davam edəcək dünya turnesinə çıxıb.  T. Bort Azərbaycana gəlməkdən məmnun olduğunu diqqətə çatdırıb.
 
"British Council Azərbaycan”ın direktoru Elizabet Vayt dünya turnesi  çərçivəsində "Hamlet” tamaşası ilə Bakıda çıxış etməkdən məmnun olduqlarını diqqətə çatdırıb.
 
Qeyd edək ki, tamaşa ingilis və Azərbaycan dilində subtitrlərlə təqdim olunub.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol