• $
  • €
  • ₽
  • ₺
  • £

İran Frankfurt Kitab Sərgisinə etiraz məktubu göndərib

İran Frankfurt Kitab Sərgisinə etiraz məktubu göndərib
06.10.2015 20:07
Yazıçı Salman Rüşdiyə qarşı köhnə ədavət aktuallaşır

14-18 oktyabrda keçiriləcək Frankfurt Kitab Sərgisinin builki direktoru Salman Rüşdi sərginin açılışını bildirən mətbuat konfransında çıxış edəcək.

İranın Mədəniyyət və İslami irşad nazirinin müavini Seyyid Abbas Salehi dünən İranda mətbuat konfransı keçirib, 2015-ci il Frankfurt Beynəlxalq Kitab Sərgisinin mətbuat konfransında Salman Rüşdinin planlaşdırılan çıxışına etiraz etdiklərini deyib.

Salehi deyib: "Frankfurt Kitab Sərgisinin səlahiyyətliləri tərəfindən planlanan bu proqram İran İslam Respublikası hökumətinin qırmızı xəttini keçən bir hərəkətdir.

İmam Xomeyninin bu mövzuyla bağlı verdiyi fətvanın dini bir ölçüsü var və o fətva heç zaman unudulmayacaq."

O, "Şeytan ayələri" kitabının adını çəkib. "Frankfurt bir mədəniyyət sərgisi kimi həmişə hörmətli, nüfuzlu sərgi olub. Builki sərginin sloqanı söz, ifadə azadlığıdır, amma belə görünür ki, bu hərəkət söz azadlığına yanlış yanaşmadır."

Salehi Frankfurt Beynəlxalq Kitab Sərgisinin səlahiyyətlilərindən Salman Rüşdinin çıxışını ləğv etmələrini istəyib.

Əgər çıxış ləğv olunmasa, İranın sözügedən nazirliyinin bu sərgiyə qatılma planlarını nəzərdən keçirəcəklərini deyib.

Xatırladaq ki, 1989-cu ilin fevralında İran lideri Ruhulla Xomeyni "Şeytan ayələri" romanına görə, yazıçı Salman Rüşdinin başına 3 milyon dollar pul qoymaqla ölüm fitvası çıxarmışdı. Həmin ilin iyun ayında Ruhulla Xomeyni vəfat etmişdi.

Müxtəlif ölkələrdə bu kitabı tərcümə və çap edənlərə hücumlar olub. 1998-ci ildə İran Britaniya ilə münasibətlərini düzəltməyə doğru bir addım atıb, 2005-ci ildə Əli Xamneyi fitvanı ancaq onu verən adamın yerinə yetirə biləcəyini, o adamınsa 1989-cu ildə vəfat etdiyini deyib. /Azadliq.org

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol