• $
  • €
  • ₽
  • ₺
  • £

Kukla Teatrı “Tilsimli meşə” adlı yeni tamaşa hazırlayır

Kukla Teatrı “Tilsimli meşə” adlı yeni tamaşa hazırlayır
07.10.2015 19:49
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yeni tamaşanın məşqləri gedir.

"Report" xəbər verir ki, teatrda bu dəfə klassik nağıl qəhrəmanlarının iştirakı ilə tamaşa hazırlanır. 

Teatrın baş rejissoru Qurban Məsimovun hazırladığı "Tilsimli meşə” adlı nağıl-tamaşa kuklalarının rəngarəngliyi və say çoxluğu ilə də seçiləcək.
Əsasən Məhəmməd və Xəlil adlı iki qardaşın macəralarını, qəhrəmanlıq və sehr dolu aləmdəki mənfi qüvvələrlə mübarizəsini əks etdirən tamaşa uşaqlara mərdlik, cəsarət, əzmkarlıq və mübarizlik kimi hisslər aşılayır.

Tamaşa müəllifinin sözlərinə görə, öz cəsarətini nümayiş etdirmək istəyən iki qardaş uşaqlıqdan qorxulu sehrləri ilə hər kəsi vahiməyə salan tilsimli meşəyə gedib, orada əsir saxlanılan padşahın qızını xilas etməyə çalışırlar. Anasının və ətrafdakıların etirazlarına rəğmən o meşəyə gedən və ifritələr, sehr dolu cadugərlərlə mübarizə aparan qardaşlar əzmləri, qorxmazlıq və fəndgirlikləri sayəsində bütün girovları, eləcə də padşahın qızını xilas edib qəhrəman kimi öz evlərinə dönürlər. Sonradan xilas olanlardan birinin də qonşu ölkənin hökmdarının qızı olması anlaşılır və iki qardaş iki şahzadə ilə ailə qurub nağılın xoşbəxt sonluğuna nail olurlar.
Zəngin səhnə tərtibatlı birhissəli kukla tamaşasında 17-dək kukladan istifadə olunur.

Rejissor bu tamaşa ilə uşaqları az qala unudulmaqda olan, müasir vizual effektlər sayəsində zamanla sıradan çıxan sehr dünyasına, illər öncənin uşaqlarının inandığı nağıl qəhrəmanları ilə tanışlığa, əsl nağıl aləminə, sehr dünyasına səyahətə dəvət edir.

Teatrın baş rəssamı İqbal Əliyevin quruluşçu rəssamı olduğu tamaşanın musiqi tərtibatı da dünyaca məşhur klassik musiqilərdən seçmələrlə tərtib olunub.
Tamaşada əsas rolları teatrın gənc aktyorları Elnur Xəlilov, Cavid Telman, Nərmin Nəbiyeva, Sona Quliyeva, Aygül Ağayeva və İlahə İmanova ifa edir.
Döşəmə kuklaların istifadə olunduğu yeni səhnə işi oktyabrın sonlarında balaca tamaşaçıların ixtiyarına veriləcək.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol