• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın görkəmli kino xadimi ürəyindən əməliyyat edildi

Azərbaycanın görkəmli kino xadimi ürəyindən əməliyyat edildi
07.10.2015 17:58
Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, görkəmli kinoşünas Aydın Kazımzadə ürəyindən əməliyyat olunub.

Bu barədə "Report"a Aydın Kazımzadənin özü məlumat verib. O, Mərkəzi Klinikada əməliyyat edildiyini bildirib: "Vəziyyətim yaxşı deyildi. Ürəyimin şah damarı şişmişdi. Gec əməliyyat olunsaydım, həyatımı itirə bilərdim. Əməliyyatım yaxşı keçdi. İndi ev şəraitində müalicəm davam edir. Nə yaxşı ki, Prezident təqaüdü alıram. Yoxsa bu əməliyyata gedə bilməzdim. Heç kimdən yardım görmədim. Ağır əməliyyat idi. Həkimlərin bir hissəsi Türkiyədən dəvət edilmişdi. Əməliyyat 21 min manata başa gəldi. 75 yaşım var. Ömrümün çox hissəsi kinoda keçib. Amma əməliyyat olunanda heç kim bir manat vermədi. Əməliyyat xərclərini özüm çəkdim".

Xatırladaq ki, Aydın Kazımzadə 1940-cı il yanvarın 15-də Bakı şəhərində anadan olub. 1958-1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsində təhsil alıb. 1963-cü ildən isə kinematoqrafiya sahəsində çalışıb. 1985-ci ildə Moskvada ÜDKİ nəzdində reklam işi üzrə yaradıcı və rəhbər kinematoqrafiya işçilərinin ixtisasartırma kurslarını bitirib.

Milli kino tarixinin 1916-cı ildən deyil, məhz 1898-ci ildən başlanması faktının üzə çıxarılıb sübuta yetirilməsi və sabiq Prezident Heydər Əliyev tərəfindən sərəncamla hər il avqust ayının 2-nin Kino İşçiləri Günü elan etməsi Aydın Kazımzadənin adı ilə bağlıdır.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol