• $
  • €
  • ₽
  • ₺
  • £

"Nabat" filminin baş qəhrəmanı beynəlxalq festivalda

"Nabat" filminin baş qəhrəmanı beynəlxalq festivalda
12.10.2015 14:06
Oktyabrın 1-dən 11-dək Vyanada "LET´S CEE" beynəlxalq film festivalı keçirilib.

"Report" xəbər verir ki, bu il Azərbaycan festivalda iki bədii filmlə təmsil olunub. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan "Axınla aşağı" və "Nabat" bədii filmləri "Urania", "Village Cinema" və "Actor´s Studio" kinoteatrlarında nümayiş etdirilib.

Festivalın yekununda müxtəlif nominasiyalar üzrə qaliblərin adları açıqlanıb. "Ən yaxşı baş rol ifaçısı" nominasiyasında "Nabat" bədii filminin baş qəhrəmanı, Nabat rolunun ifaçısı Fatima Motamed-Arya qalib elan olunub. Rejissor Asif Rüstəmovun ekranlaşdırdığı digər Azərbaycan filmi "Axınla aşağı" isə "Ən ümidverici debüt" nominasiyasında fəxri mükafata layiq görülüb.

"Axınla aşağı" filminin rejissoru Asif Rüstəmov, "Nabat" filmində baş rolu canlandıran aktrisa Fatima Motamed-Arya, "Azərbaycanfilm" kinostudiyasının direktoru, ssenarist və kinoprodüsser Müşfiq Hətəmov və kinostudiyanın əməkdaşları da festivalda iştirak edib. 

Qeyd edək ki, Mərkəzi və Şərqi Avropa ölkələrinin, eləcə də Türkiyə və Qafqaz regionunun kino sənayesinin istehsalı olan ən yaxşı filmlərin nümayiş olunduğu "LET´S CEE" beynəlxalq film festivalı, eyni zamanda film istehsalçıları, rejissor və aktyorlar üçün təcrübə mübadiləsi və yeni əməkdaşlıqların qurulması baxımından mühüm platformadır. Yüzdən artıq ekran əsərinin yer aldığı festival öz proqramı və təklif etdiyi filmlərin mövzu zənginliyi ilə qısa zamanda yüksək nüfuz əldə edib.
Xatırladaq ki, Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və əməkdaşlığı sayəsində ölkə artıq üçüncü ildir ki, bu beynəlxalq festivalda təmsil olunur.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol