• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA-nın Mərkəzi Elmi Kitabxanası oxucuların istifadəsinə verildi

AMEA-nın Mərkəzi Elmi Kitabxanası oxucuların istifadəsinə verildi
14.10.2015 13:15
Tədbir Akademiyanın 70 illiyinə həsr olunmuş yubiley tədbirləri çərçivəsində keçirilib

Bu gün AMEA-nın Mərkəzi Elmi Kitabxanası oxucuların istifadəsinə verilib.

"Report"un xəbərinə görə, bununla bağlı rəsmi açılış mərasimi keçirilib.
Akademiyanın 70 illiyinə həsr olunmuş yubiley tədbirləri çərçivəsində baş tutan tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidentləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri və digər rəsmi qonaqlar iştirak ediblər.

Mərasimdə Akademiyanın vitse-prezidenti İsa Həbibbəyli çıxış edərək kitabxananın yaradılması barədə tədbir iştirakçılarına məlumat verib: "Bura ən müasir texnologiya ilə təchiz olunan kitabxanadır. Elektron kataloqun yaradılması işləri artıq yekunlaşmaq üzrədir. Bu da oxucular üçün daha geniş imkanlar açmış olacaq".

Mərakeş Krallığının Azərbaycandakı səfiri Hassan Hami bildirib ki, elm, təhsil və mədəniyyət bir-birindən ayrılmaz hissələrdir: "Azərbaycan musiqisi isə çox zəngindir. İnsanı çox keçmişə aparır və sizin musiqi çox sehrlidir. Özüm də tədqiqatçı olduğumdan sizinlə daha çox əməkdaşlıq edəcəm".

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam etdirilib.

Tədbirin sonunda kitabxana fondları, kataloqlar, oxu zalları və işçi heyət ilə tanışlıq olub.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol