• $
  • €
  • ₽
  • ₺
  • £

Salman Rüşdi: Top-tüfəngimiz yoxdur, ancaq qorxmuruq

Salman Rüşdi: Top-tüfəngimiz yoxdur, ancaq qorxmuruq
14.10.2015 22:06
"Söz azadlığı, çıxış etmək azadlığı sadəcə insan haqqı deyil, insan növünün hər şeyidir” - Salman Rüşdi dünyanın ən böyük kitab sərgisi olan Frankfurt Beynəlxalq Kitab Sərgisinin açılışında böyük maraqla gözlənilən çıxışını edib.

Onun İranın boykot açıqlamasından sonra baş tutan çıxışı zamanı binada güclü təhlükəsizlik tədbirləri görülüb, mətbuat konfransında təhlükəsizlik işçiləri olub.

S.Rüşdi çıxışında deyib: "Söz azadlığı mövzusunda danışmalı olmağım məni məyus edir. Biz Qərbdə söz azadlığı haqda danışmaq ehtiyacı hiss etməməliyik. Söz azadlığı nəfəs aldığımız hava kimidir. Məncə, bu savaşda bir neçə yüz il əvvəl qalib gəlinib…”

"İfadə azadlığı yenidən çətinliklə üzləşib, təhlükə, zorakılıq, yazıçılara, naşirlərə, kitab satıcılarına, tərcüməçilərə qarşı təhdidlər qorxu yaratmaq məqsədi daşıyır. Çətinlik ondadır ki, naşirlər və yazıçılar döyüşçü deyillər, bizim tank-tüfəngimiz yoxdur…”

"Lakin Ədəbiyyat söz azadlığına qarşı mübarizə aparan xalqların və dinlərin "böyük narrativləri” ilə yarışa bilər.

Ədəbiyyat zəif ola bilər, çünki dünyada real gücü yoxdur, amma ədəbiyyat bütün narrativlərdən böyük narrativdir.

Biz yazıçılar özümüzü çətinə salır və dünyanı bizə verildiyi kimi qəbul etməkdən imtina edirik. Biz bütün fikir qayçılarına, fikir ütüləyənlərə, bütün qorxu-hürküyə meydan oxuyuruq. Ədəbiyyatı qorxutmaq olmaz.”

Frankfurt Kitab Sərgisinin direktoru Juergen Boos Rüşdini təqdim edərkən yenidən İran naşirlərinin sərgini boykot etməkdən məyusluq duyduğunu deyib və fikrini belə tamamlayıb:

"Söz azadlığı bizim gördüyümüz işin nüvəsidir. Naşirlər və kitabçılar söz azadlığının yanındadır, söz azadlığı demokratik cəmiyyətin məhək daşıdır.”

Oxu Zalı

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol