• $
  • €
  • ₽
  • ₺
  • £

​Braziliya radiosunda Azərbaycan musiqisi ilə bağlı veriliş

​Braziliya radiosunda Azərbaycan musiqisi ilə bağlı veriliş
17.10.2015 11:05
2015-ci il oktyabrın 11-də Braziliyanın EBC radiosunda bu ilin aprel ayında Rio-de-Janeyro şəhərində uğurla həyata keçirilmiş Azərbaycan mədəniyyət həftəsi çərçivəsində Azərbaycanın xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Braziliya Simfonik Orkestrin "Qarabağ” muğam triosu ilə birgə konsertlərinə həsr edilmiş veriliş təqdim olunub.

"Report" xəbər verir ki, verilişin aparıcısı, Braziliya Simfonik Orkestrin bədii rəhbəri, braziliyalı bəstəkar Pablo Kastellar Azərbaycanın rəngarəng klassik musiqisi və zəngin muğam sənətindən bəhs edərək, ölkəmizin görkəmli bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Vasif Adıgözəlovun yaradıcılıq fəaliyyəti barədə braziliyalı dinləyicilərinə ətraflı məlumat verib.

Onun sözlərinə görə, adıçəkilən Azərbaycan bəstəkarlarının əsərləri muğamla sıx bağlıdır və bu bağlantı Azərbaycan musiqi mədəniyyətinin özünəməxsusluğunu səciyyələndirən cəhətdir.

Eyni zamanda, P.Kastellar Azərbaycanın xalq artisti, dirijor Yalçın Adıgözəlov və "Qarabağ” muğam triosu (xalq artisti, xanəndə Mənsum İbrahimov, əməkdar artist, tarzən Elçin Həşimov, əməkdar artist, kamança ifaçısı Elnur Əhmədov) barədə danışaraq onların 2007-ci ildən etibarən bir çox xarici ölkələrdə həyata keçirdiyi simfonik muğam layihəsinin əhəmiyyətini qeyd edib.

Veriliş zamanı Qara Qarayevin "Yeddi gözəl”, Fikrət Əmirovun "Azərbaycan kappriçiosu”, Vasif Adıgözəlovun "Qarabağ Şikəstəsi”, Asəf Zeynallının "Muğam sayağı”, Həsən Rzayevin "Cahargah stilində rapsodiya” və digər əsərlərdən parçalar səslənmişdir.
P.Kastellar Azərbaycan musiqisinə həsr edilmiş konsertin keçirilməsinin Braziliya ictimaiyyəti, həmçinin Braziliya Simfonik Orkestri üçün unikal təcrübə olduğunu vurğulayıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol