• $
  • €
  • ₽
  • ₺
  • £

“Google” məhkəmədə yazıçılara qalib gəldi

“Google” məhkəmədə yazıçılara qalib gəldi
20.10.2015 21:26
"Google" şirkəti ilə yazıçılar arasındakı on ildir davam edən məhkəmə sona çatıb. Bu, dövrümüzün ən maraqlı məhkəmə çəkişmələrindən biri sayılırdı, çünki hər iki tərəfin arqumenti tutarlı idi.

"Milyonlarla kitabı skanerdən keçirmək və onlayn kitabxanaya qoymaq qanunidir” – Nyu Yorkun federal işlər məhkəməsi "Google Books” kitab layihəsinin müəllif hüququ qanununu pozmadığı haqda qərar çıxarıb.

"Google” şirkəti 2004-cü ildə bir neçə iri tədqiqat kitabxanası ilə onların kolleksiyasını rəqəmsallaşdırmaq üçün razılaşma imzalamışdı.

ABŞ-da Müəlliflər Gildiyası və ayrı-ayrı yazıçılar 2005-ci ildə "Google”-u milyonlarla kitabı skanerdən keçirmək, onlayn kitabxanaya qoymaq, müəllif hüququ haqda qanunu "kütləvi şəkildə pozmaq” və müəllifləri gəlirdən məhrum etmək iddiasıyla məhkəməyə vermişdi.

"Google” bu günə qədər 20 milyondan çox kitabı skanerdən keçirib. Bu kitabxanada müasir yazıçıların da kitablarının tam mətnini pulsuz oxumaq mümkündür.

Məhkəmə isə qərarını belə əsaslandırıb:

Kitabların surətlərinin bu cür çıxarılması müəllif hüququ haqda qanunu pozmur. Birincisi, "Google" bu kitabları məhdud ictimai baxışa təqdim edir.

İkincisi, "Google" bu işi kommersiya motivilə deyil, kitabxana motivi ilə görür...”

Müəlliflər Gildiyası isə bəyanat yayıb ki, onlar narazı qalıblar. Elə yazıçılar var, yazmaqdan başqa peşələri yoxdur, "Google”-un bu addımı isə həmin yazıçıları pis vəziyyətə salır.

"Google” şirkəti "Google Books” layihəsini "dünyanın ən böyük tam mətnli elektron kitabxanası” adlandırır. /Oxu Zalı

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol