• $
  • €
  • ₽
  • ₺
  • £

"Natəvan" operası nümayiş etdiriləcək

"Natəvan" operası nümayiş etdiriləcək
22.10.2015 16:58
Opera xalq artisti Vasif Adıgözəlovun yubileyi münasibətilə oynanılacaq

 Oktyabrın 31-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın xalq artisti, Dövlət mükafatı laureatı bəstəkar Vasif Adıgözəlovun 80 illik yubileyi qeyd olunacaq.

"Report" xəbər verir ki, bu münasibətlə bəstəkarın "Natəvan" operası nümayiş etdiriləcək.

"Natəvan" operası teatrda ilk dəfə 2003-cü ildə səhnələşdirilib. Xurşidbanu Natəvan obrazını ilk dəfə xalq artisti Xuraman Qasımova ifa edib.
Libretto müəllifi Nazim İbrahimovdur. Operada görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın həyat və fəaliyyəti, onun yaradıcılığı fonunda Qarabağda uzun əsrlər boyu hakimiyyət uğrunda gedən mübarizələr, Qarabağın insanları, ab-havası, musiqi və rəqsləri təsvir olunub.

Tamaşanın musiqi rəhbəri və dirijoru xalq artisti, professor Yalçın Adıgözəlov, quruluşçu rejissoru Azərbaycan və Özbəkistanın Xalq artisti Firudin Səfərov, quruluşçu rəssamı xalq rəssamı Tahir Tahirovdur.

Yubiley tamaşada teatrın aparıcı solistlərindən əməkdar artist Zemfira İsmayılova (Natəvan), xalq artistləri Azər Zeynalov (Xasay bəy), Şahlar Quliyev (Qasım bəy Zakir), Mənsum İbrahimov (Xanəndə oğlan), Nəzakət Teymurova (Xanəndə qız) və başqaları çıxış edəcək. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol