• $
  • €
  • ₽
  • ₺
  • £

Tbilisidə "Rus Teatrlarının Ümumdünya Konqresi" keçiriləcək

Tbilisidə "Rus Teatrlarının Ümumdünya Konqresi" keçiriləcək
22.10.2015 21:41
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru Ədalət Hacıyev və teatrın baş rejissoru Aleksandr Şarovski tədbirdə iştirak edəcək

Tbilisidə A.Qriboyedov adına Akademik Rus Dram Teatrının 170 illik yubileyi qeyd olunacaq. 

"Report" xəbər verir ki, oktyabrın 26-dan 30-dək davam edəcək təntənəli yubiley tədbirləri çərçivəsində "Rus Teatrlarının Ümumdünya Konqresi" də keçiriləcək.
Konqresdə yaxın və uzaq xaricdə fəaliyyət göstərən Rus Dram teatrlarının rəhbərləri iştirak edəcək.

Tədbirdə Azərbaycanı Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının direktoru Ədalət Hacıyev və teatrın baş rejissoru, xalq artisti Aleksandr Şarovski təmsil edəcək.

Konqresdə Qriboyedov Teatrının 170 illiyi qeyd ediləcək, sənət mübadilələrinin aparılacağı dəyirmi stol təşkil ediləcək, müasir rus teatrının bu günü, gələcəyi ilə bağlı yaradıcılıq gecələri keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Rus Dram Teatrı 5 ildir ki, Tbilisi Akademik Rus Dram Teatrı ilə dostluq və yaradıcılıq əlaqələri qurub.

Yubiley mərasimində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təbrik məktubu oxunacaq.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol