• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıt teatrında "Narkoman"

Sumqayıt teatrında "Narkoman"
22.10.2015 15:26
Sumqayıt Dövlət Dram Teatrının səhnəsində Kamran Nəzirlinin "Narkoman" adlı əsəri əsasında hazırlanan tamaşa nümayiş etdiriləcək. 

"Report" xəbər verir ki, oktyabrın 23-də təqdim olunacaq tamaşaya Naxçıvan Muxtar Respublikasının xalq artisti Kamran Quliyev quruluş verib.

Əsər ali məktəbi qırmızı diplomla bitirən Ramin adlı gəncin taleyindən bəhs edir. Əsərin süjet xətti Raminin iş tapmaq üçün bir çox idarələrə baş çəkməsindən və iş tapa bilməməsindən bəhs edir. O, işsiz qalaraq ruhdan düşür və narkotikaya qurşanır. Narkotik maddələrə olan tələbatı onu ayrı yollara sovq edir. Ramin artıq ev əşyalarını və anasının zinətlərini satmağa başlayır. Anası onu bu yoldan döndərməyə çox cəhd etsə də o, bu yoldan dönmür. Həyat yoldaşı bütün bunlara dözməyərək uşağı da götürüb evi tərk edir. Raminin anası bu dərdə tab gətirməyərək dünyasını dəyişir. Həyatdan güclü zərbələr alan Ramin nəhayət ki, narkomaniyadan canını qurtara bilir.

Tamaşanın finalında əsərin gənc qəhrəmanı ailəsinin yanına qayıdır. Beləliklə, tamaşa optimist bir sonluqla bitir.

Səhnə əsərində rolları, Sumqayıt Teatrının aktyorları Cəlal Məmmədov, Növrəstə Həşimova, Şəhla Məmmədova, Mətləb Səfərli, İradə Zeynalova və başqaları oynayır. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol