• $
  • €
  • ₽
  • ₺
  • £

Əməkdar artist dəfn olundu

Əməkdar artist dəfn olundu
25.10.2015 16:02
Azərbaycanın əməkdar artisi, Dövlət Musiqili Teatrının aktrisası Gülnar Salmanova bu gün Şəhər qəbirstanlığında dəfn olunub.

"Qafqazinfo”nun məlumatına görə, teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, dəfndən öncə mərhumənin evində cənazə namazı qılınıb. Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev çıxış edərək Gülnar Salmanovanın sənəti, yaratdığı bənzərsiz obrazlar, Azərbaycan mədəniyyətindəki xidmətləri haqqında danışıb.

Dəfn mərasimində Mədəniyyət və Turizm Nazirliyinin rəsmi şəxsləri, Dövlət Musiqili Teatrının rəhbərliyi və bütün kollektivi, Gülnar Salmanovanın yaxınları və sənətini sevən sadiq tamaşaçıları iştirak edib. Habelə dəfn mərasimində Azərbaycan Akademik Milli Dram Teatrı, Dövlət Gənc Tamaşaçılar Teatrı, Dövlət Kukla Teatrı və başqa sənət ocaqlarının rəhbər şəxsləri və aktrisanın sənət dostları iştirak ediblər.

Aktrisanın "50 yaşında cavan” tamaşasındakı Gülnaz, "Beş manatlıq gəlin”də Naznaz, "Özümüz bilərik”də Ceyran, "Subaylarınızdan görəsiniz”də Çarliston, "Bankir adaxlı”da Maral, "Məhəbbət oyunu”nda Ceyran, "Aldın payını, çağır dayını” tamaşasındakı At Balaxanım və başqa obrazları orijinallığı ilə seçilib. Gülnar Salmanova 2001-ci ildə "Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb. Prezident mükafatçısı idi.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol