• $
  • €
  • ₽
  • ₺
  • £

4 kitab birdən təqdim olundu

4 kitab birdən təqdim olundu
30.10.2015 20:41
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Yaradıcılıq Fondunun birgə həyata keçirdiyi "İstedadlı insanlara dəstək olmaqla onların ictimaiyyətə tanıdılması üçün yeni imkanların yaradılması” layihəsi çərçivəsində çap olunmuş dörd kitabın (iki şeir, iki nəsr) təqdimat mərasimi keçirilib.
 
Gənc nasirlər Ömər Xəyyam və İkinci Mahmud, gənc şairlər Fəridə Məmmədova və Alikin müəllifləri olduğu kitablar bu layihə çərçivəsində çapdan çıxmış ilk kitablardır.
 
Təqdimat mərasimini giriş sözü ilə açan Azərbyacan Yaradıcılıq Fondunun aparat rəhbəri Qismət Rüstəmov öncə tərbir iştirakçılarına Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin salamını və təbriklərini çatdırıb. Daha sonra layihə və onun məqsədi haqqında geniş məlumat verib.
 
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının millətlərarası, multikultiralizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin əməkdaşı Sərraf Hüseynov layihə çərçivəsində kitabları dərc edilən yazarları təbrik edərək onlara yaradıcılıq uğurları arzulayıb.
 
Kitabları dərc olunan yazarlar çıxış edərək kitabın çapında əməyi keçən hər kəsə təşəkkürlərini bildirib. Daha sonra çıxış edən "525-ci qəzet”in redaktoru Seyfəddin Hüseynli, yazarlar Fəxri Uğurlu, Şərif Ağayar, Qan Turalı, Mübariz Örən AYF-nin bu layihəsini yüksək qiymətləndirib, gələcəkdə layihə çərçivəsində çap olunacaq yeni kitabları səbirsizliklə gözlədiklərini deyib və uğurlar arzu ediblər.
 
Sonda AYF-nin  aparat  rəhbəri Qismət Rüstəmov tədbir iştirakçılarına təşəkkürünü bildirib.  

Kulis.az

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol