• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıt teatrında “Cəsur dərzi”

Sumqayıt teatrında “Cəsur dərzi”
02.11.2015 13:33
Sumqayıt Dövlət Dram Teatrında Qrimm qardaşlarının nağılları əsasında səhnələşdirilən "Cəsur dərzi” tamaşasına daxili baxışı keçirilib.

Sumqayıt teatrının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tamaşanın quruluşcu rejissoru Vasif Məmmədovdur. 

Tamaşanın sujet xəttində ədalətsizliyə qarşı ağılla mübarizə və qəti qələbə dayanır. Belə ki, uzaq bir ölkədə vəhşi məxluqların tutduğu divanın qarşısında hər kəs aciz qalır. Yalnız cəsarətli gənc dərzi öz ağlı ilə insanları bu bəladan qurtara bilir.

Rollarda əməkdar artist Ulduzə Nəsir, aktyorlar İlqar İbrahimov, İlham Səfərli, İlahə Səfərova ilə yanaşı, teatrın nəznində fəaliyyət göstərən aktyor studiyasının üzvləri də epizodik rollarda çıxış edir.

Daxili baxışdan sonra keçirilən müzakirədə teatrın direktoru İslam Həsənov, baş rejissor əməkdar artist Firudin Məhərrəmov, əməkdar artist İzaməddin Bağırov, Fəranə Musayeva, baş rejissorun truppa üzrə köməkçisi Zöhrəli Əliyev çıxış edib.

Ümumilikdə bu nağıl-tamaşanın sumqayıtlı uşaqlara maraqlı hədiyyə olacağı bildirilib və tamaşada olan qüsurlardan da, danışılıb. Tamaşada çatışmayan cəhətlərin düzəldilməsi quruluşçu rejissora tövsiyyə olunub.

Xatırladırıq ki, "Cəsur dərzi" tamaşasının premyerası noyabrın 6-da olacaq.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol