• $
  • €
  • ₽
  • ₺
  • £

Alim Qasımov Norveçdə konsert verdi

Alim Qasımov Norveçdə konsert verdi
03.11.2015 14:17
Norveç Krallığının paytaxtı Oslo şəhərində dünyanın 15 ən yaxşı beynəlxalq musiqi festivalından biri sayılan "Oslo Dünya Musiqi Festivalı” keçirilib. Dünyanın müxtəlif ölkələrindən gəlmiş 300-dən çox musiqiçinin iştirakı ilə altı gün davam edən festivalda Azərbaycan musiqisi də təmsil olunub. 

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən məlumat verilib. Azərbaycan musiqiçiləri bu il ilk dəfə "Oslo Dünya Musiqi Festivalı”na dəvət alıb. Festival çərçivəsində UNESKO tərəfindən dünyanın qeyri-maddi irsi sayılan muğamın ən yaxşı ifaçılarından biri, Azərbaycanın xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımovanın konserti keçirilib.

Konsert Oslonun ən görkəmli məkanlarından biri olan Yakob kilsəsində baş tutub. Konsertin təşkili Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO), Oslo Azərbaycan Evi və "Oslo Dünya Musiqi Festivalı” təşkilat komitəsinin yaxından əməkdaşlığı sayəsində baş tutub. 

Oslo Azərbaycan Evinin rəhbəri Ramil Əliyevin verdiyi məlumata görə, anşlaqla keçən konsertdə Norveç Krallığının Azərbaycan Respublikasındakı Fövqaladə və Səlahiyyətli səfiri Baard Ivar Svendsen, yerli musiqiçilər, incəsənət və mədəniyyət xadimləri, Oslodakı Azərbaycan diasporunun nümayəndələri və burada təhsil alan azərbaycanlı tələbələr iştirak edib. 

R.Əliyev Azərbaycanın gələcəkdə də "Oslo Dünya Musiqi Festivalı”nda iştirakını təmin etmək, Azərbaycan musiqisinin beynəlxalq festivallarda təqdim etmək üçün rəhbərlik etdiyi təşkilat tərəfindən dəstək göstəriləcəyini bildirib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol