• $
  • €
  • ₽
  • ₺
  • £

Yaşar Nurinin şəxsi arxivi Teatr Muzeyinə hədiyyə edildi

Yaşar Nurinin şəxsi arxivi Teatr Muzeyinə hədiyyə edildi
04.11.2015 22:14
Azərbaycanın görkəmli teatr və kino aktyoru, mərhum xalq artisti Yaşar Nurinin şəxsi arxivi Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinə hədiyyə edilib.

Bu barədə "Report"a Yaşar Nurinin xanımı Rəhimə Nuriyeva məlumat verib.

O, indiyədək xalq artistinin şəxsi əşyalarının Novxanıdakı bağ evində saxladıqlarını bildirib: "Oranı muzey kimi düzəltmişəm. Bir neçə gün əvvəl Azərbaycan Dövlət Teatr Muzeyinin əməkdaşlarına Yaşarın şəxsi əşyalarından bir hissəsini təhvil verdim. Teatr Muzeyində Yaşar Nurinin guşəsi yaradılacaq. Yaşarın şəxsi əşyalarını, fotoşəkillərinin kolleksiyasını yığmışam. Bu kolleksiyanın bir hissəsini Yaşar Nuridən əbədi xatirə kimi hədiyyə etdim".

Qeyd edək ki, arxivdə aktyorun həyat və yaradıcılığını əks etdirən çoxlu sayda fotolar, şəxsi əşyalar, sənədlər toplanıb. Hazırda materialların muzeyin fonduna daxil olması istiqamətində iş gedir.
Yaxın günlərdə muzeyin ekspozisiyasında aktyorun şəxsi arxivinin əsasında hazırlanacaq guşənin təqdimatı və sənətkarın anım günü keçiriləcək.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol