• $
  • €
  • ₽
  • ₺
  • £

Natiq Rəsulzadənin yeni romanı oxuculara təqdim olundu

Natiq Rəsulzadənin yeni romanı oxuculara təqdim olundu
06.11.2015 15:50
Əməkdar incəsənət xadimi, "Şöhrət" ordenli yazıçı Natiq Rəsulzadənin yeni romanı dərc edilib.

Yazıçı "Report"a açıqlamasında deyib ki, roman hələlik jurnalda dərc edilib. 

Yeni roman "Qolfstrim" adlanır: "Əsər "Literaturnaya Azərbaycan" jurnalında nəşr olunub. Romanın birinci hissəsi jurnalda işıq üzü görəndən sonra oxuculardan təkliflər gəldi ki, tezliklə ikinci hissə də nəşr edilsin. Elə də oldu. Oxucuların roman haqqında rəyi məni çox sevindirdi. Qolfstrim okeanda isti axındır. Psixoloji, süjetsiz bir romandır və içində onlarla süjet var. Əsər qəribə, maraqlı janrdadır və ədəbiyyatdan, incəsənətdən fikirlər, kino haqqında düşüncələr yer alıb. Mən bu romanla çərçivəni qırmaq istəyirdim. Bilirsiz, bir çərçivə var ki, hər zaman onun içində yazmaq istəyirsən. Mən isə istəyirdim, o çərçivəni qırım və buna nail oldum. "Qolfstrim" romanının nə zaman kitab şəklində çap olunacağını deyə bilmərəm, çünki kitab çap etdirmək maddi vəsaitə bağlıdır. Həm də, kitab çapına o qədər də maraqlı deyiləm. Moskvada "Vitret" adlı elektron mağaza fəaliyyət göstərir. Artıq neçə illərdir ki, mənim kitablarım həmin elektron mağazada oxuculara çatdırılır. Orada yerləşdirilən kitablar jurnala nisbətən daha çox oxunur. 6 kinossenarim var. Mədəniyyət və Turizm Nazirliyinə təqdim etmişəm. Amma neçə illərdir orada qalıb".

Xatırladaq ki, Natiq Rəsulzadə "İntihar edənin gündəliyi", "Gecə çaparı", "Nonsens", "Məhəbbət ili", "Yağışlı bayram", "Kabuslar arasında", "Quş çəkirəm", "Ulduz yollar", "Tələ", "Adacıq" və başqa əsərlərin müəllifidir. Onun ssenariləri əsasında "Mələklərə inanmayın", "Bayramda yağış", "Yaşa, qızıl balıq", "Vahimə", "Gecə qatarında qətl", "Nə gözəldir bu dünya", "Girov", "Biz qayıdacayıq", "Ovsunçu" kimi filmlər çəkilib. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol