• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatrda 3 gün ərzində 5 tamaşa olacaq

Musiqili Teatrda 3 gün ərzində 5 tamaşa olacaq
12.11.2015 21:00

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 3 gün ərzində 5 tamaşa nümayiş olunacaq.
 
ANN.Az xəbər verir ki, teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, söhbət 13, 14, 15 noyabr tarixlərində saat 12.00 və 19.00-da tamaşaçılara təqdim olunacaq "Qafqazlı qardaşqızı” (R. Hacıyev), "Toya bir gün qalmış” (Ə. Səmədli), "Qırmızı papaq” (E. Sabitoğlu, Y. Şvarts), "Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva) və "Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin) tamaşalarından gedir. Tamaşaçılar 3 gün ərzində nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorları – Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Əməkdar artistlər Nərgiz Kərimova, Boris Qrafkin, Emma Məlikova, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, Səmayə Musayeva, Ələkbər Əliyev, aktyorlar Elçin İmanov, Ülviyyə Əliyeva, Mehriban Zalıyeva, Şaban Cəfərov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Gülcahan Salamova, Elxan İsmayılov, Marina Litvinenko, Ruslan Mürsəlov,  Gülçöhrə Abdullayeva, Məhərrəm Qurbanov, Elnarə Nağdəliyeva, Ağaxan Şərifov, Yuliya Heydərova, Nadir Xasıyev, Gülnarə Əzizova, Elməddin Dadaşov, Nadejda Povelitsına, Fərid Rzayev və başqalarının ifalarını izləyə biləcəklər.
 
Qeyd edək ki, Musiqili Teatr bu həftə də həm rusdilli, həm də balaca tamaşaçılarını unutmayıb. Belə ki, 13 noyabr saat 19.00-da R. Hacıyevin  "Qafqazlı qardaşqızı” əsəri, 15 noyabr saat 12.00-da isə R. Şəfəq və V. Ziminin "Yağış göbələyinin macərası” iki hissəli musiqili nağıl-tamaşası rus dilində təqdim olunacaq. Həmçinin 14 noyabr saat 12.00-da E. Sabitoğlu və Y. Şvartsın "Qırmızı papaq” tamaşası da uşaqlar üçün nümayiş ediləcək. Azərbaycan Dövlət Musiqili Teatrı həftəni xoş ovqatla başa vurmaq istəyində olan hər kəsi bu bir-birindən maraqlı olan tamaşalara baxmağa dəvət edir. Qeyd edək ki, bir biletin qiyməti yerindən asılı olaraq 6, 7, 8, 10 manatdır.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol