• $
  • €
  • ₽
  • ₺
  • £

"Qara kvadrat" rəsminin altından sürpriz çıxdı

"Qara kvadrat" rəsminin altından sürpriz çıxdı
13.11.2015 20:35
Dünya incəsənətinin tarixi bölgüsünə təsir etmiş qalmaqallı bir rəsmdə - Kazimir Maleviçin "Qara Kvadrat” əsərində rəssamın xəttilə bir yazı, rəsmin yuxarı hissəsində boyanın altında isə başqa iki boya qatı (və ya rəsm) aşkar olunub.  

Rusiya Dövlət Tretyakovski Qalereyasının üç rentgen mütəxəssisinin apardığı bu təhqiqat rəsmin çəkilməsindən düz 100 il sonra rəsmsevərləri heyrətə salacaq.

Qalereyanın elmi ekspertiza şöbəsinin əməkdaşı bu haqda ilk dəfə "Kultura” telekanalında danışıb:

"Biz sübut etdik ki, bu rəsmin altında başqa rəsmlər var. İlk baxışdan kubofuturist rəsm görürsünüz. Onun altında isə yalnız xüsusi cihazla görünən rəngli rəsm var. Bu, protosuprematik əsərdir.”

Yazıya gəlincə, tədqiqatçılar  Maleviçin öz xətti olduğunu təsdiq ediblər.

Yazı rus dilindədir və belədir:

"Битва негров в темной пещере” ("Qaranlıq mağarada qaradərililərin savaşı”)

Bu sözlər 1882-ci ildə fransız jurnalist, yazıçı və rəssam Alfons Allenin çəkdiyi "Dərin gecədə qaranlıq mağarada qaradərililərin savaşı” əsərinin adına göndərmədir. Onun əsəri düzbucaqlı üçbucaq idi.

Tədqiqatçılar deyirlər ki, Maleviçin çox mürəkkəb, dolaşıq xətti var. "N”, "P”, "İ” hərflərini demək olar ki, eyni cür yazır. Hazırda yazıdakı ikinci söz üzərində dəqiqləşdirmə gedir. /Azadliq.org

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol