• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda Moskva Günləri keçiriləcək

Bakıda Moskva Günləri keçiriləcək
14.11.2015 16:46
Noyabrın 16-dan etibarən Bakıda Moskva Günləri keçiriləcək.
 
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Moskva şəhərinin nümayəndə heyətinə 14 nəfər, 2 məşqçi, Moskva Şəhər Bədən Tərbiyəsi və İdman Departamentinin nümayəndələri, Olimpiya çempionları David Musulbes (1996-cı il, Atlanta) və Vadim Bogiyev (2000-ci il, Sidney) daxildir.
 
Moskva Günləri çərçivəsində Bakı və Moskva şəhərlərinin 14-15 yaşlı boksçular və 12-13 yaşlı güləşçilərdən ibarət komandaları arasında yoldaşlıq görüşləri keçiriləcək.
 
Tədbirin proqramına əsasən, noyabr 16-da qonaqlar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edəcəklər.
 
İdman obyektləri ilə yaxından tanış olacaq nümayəndə heyəti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində görüş keçiriləcək. Görüşdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Sidney Yay Olimpiya Oyunlarının sərbəst güləş üzrə çempionu Namiq Abdullayev,  Pekin Yay Olimpiya Oyunlarının çüdo üzrə çempionu Elnur Məmmədli, Rusiya Bədən Tərbiyə və İdman Departamentinin müavini, Rusiyanın sərbəst güləş üzrə olimpiya çempionları David Musulbes, Vadim Bogiyev və digərləri iştirak edəcəklər.
 
Noyabrın 17-də isə Tofiq Bəhrəmov adına Respublika Stadionunun güləş zalında sərbəst güləş üzrə, sentyabrın 18-də isə Boks İdman Mərkəzində boks üzrə master-klass və yoldaşlıq görüşü keçiriləcək.
 
Qeyd edək ki, Moskva Günləri noyabrın 19-da başa çatacaq. Tədbir 1997-ci il 13 iyun tarixində Bakı və Moskva arasında imzalanmış Memoranduma əsasən keçirilir. Tədbirin keçirilməsində məqsəd Bakı və Moskva arasında idman, mədəni, elmi-texniki və iqtisadi əlaqələrin inkişafına töhfə vermək, habelə əməkdaşlığı inkişaf etdirməkdir.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol