• $
  • €
  • ₽
  • ₺
  • £

Nə evi var, nə ailəsi, nə Vətəni...

Nə evi var, nə ailəsi, nə Vətəni...
15.11.2015 20:55
Elgün Rəhimov, Mingəçevir
 
Ağdam rayonundan olan Faiq Məmmədov məcburi köçkünlərə verilən evlərin paylanma prosesindən narazıdır.

 
Bütün qonşuları evlə təmin olunan Qarabağ müharibəsi əlili hazırda Mingəçevir şəhərində xəstəxanalardan birinin otağında yaşayır. Ona dövlət tərəfindən məcburi köçkünlər üçün nəzərdə tutulmuş yaşayış binasından ev verilmir. Dəfələrlə Mingəçevir Şəhər İcra Hakimiyyətinə, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə müraciət etsə də, səsinə səs verən tapılmayıb.
 
"13 yaşımdan anamı, 18 yaşımda isə atamı itirmişəm. Dövlətimizin ərazi bütövlüyü uğrunda öz sağlamlığımı qurban vermişəm. Burada mənimlə birgə yaşayan bütün qonşularıma ev verdilər, məndən başqa. Artıq yaşım ötüb keçir ailə qurmaq istəyirəm. Evsizliyim ailə qurmağıma mane olan tək səbəbdir.”

Faiqin hazırda 44 yaşı var. Üç ildir ki, həmin xəstəxanada məskunlaşıb. 2000-ci ildə Rusiyaya işləməyə gedib. Ağır fiziki iş gördüyünə görə, 2002-ci ildə beyninə qan sızır və 2007-ci ilədək oradakı qohumlarının köməyi ilə müalicə alır. Sonra Azərbaycana qayıdır. Hazırda işsizdir. 2015-ci ilin martından Qarabağ əlilliyinə görə 359 AZN və 130 AZN prezident təqaüdü alır. Dediyinə görə, hər ay 250 AZN müalicəsinə xərcləyir.
 
Azərbaycan hökumətinin məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması – dövlət proqramı çərçivəsində Mingəçevir şəhərində iki şəhərcik salınıb. Sonuncu inşa edilən şəhərçik 11 ədəd  9 mərtəbəli binadan ibarətdir. Binalarda 594 mənzil var.
 
Aidiyyatı qurumlar Mingəçevir şəhərində məcburi köçkünlər üçün inşa edilmiş binada Faiq Məmmədova ev verilməməsinə səbəb kimi binada 1 otaqlı evin qalmamasını göstəriblər.

Faiq deyir ki, "Əsirlikdə olduğum zaman dəfələrlə fiziki zorakılığa məruz qalmışam. Aldığım travmalar ucbatından əmələ gələn xəstəliklərlə hələ də müailcə alıram. Hazırda yaşadığım otaqda sanitariyanın olmaması, otağın həddən ziyadə rütubətli olması digər xəstəliklərin də yaranmasına yol açır. Bilmirəm dərdimi kimə deyim”.


1992-ci ildən Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində könüllü olaraq iştirak edib. Elə həmin ilin sentyabrda Əsgəran rayonun Aranzəmin kəndi uğrunda gedən döyuşlərdə bir qəlpə və dörd güllə yarası alaraq yaralı vəziyyətdə əsir götürülüb. 2 il sonra əsirlikdən qaçmağı bacaran Məmmədov doğma kəndlərinin işğal edilməsi səbəbindən Migəçevir şəhərində məcburi köçkün kimi məskunlaşıb.
 
Əsir düşməsindən danışan Faiq oradan möcüzə ilə qaçdığını deyir. "Əvvəl Əskərana, sonra da Yerevana aparılmışam. Bir neçə dəfə məni müxtəlif adamlara veriblər, axırda da Şuşanın Xəlifəli kəndinə gətirilmişəm. Burada mal-qara və kənddəki təsərufat işlərində işlədilmişəm.” Onun sözlərinə görə, ev sahibinin bir gün evdə olmadığından istifadə edib Əskərana, oradan da Ağdama qaçır. "Kənddəki meyvə ağaclarının dibindən topladığım meyvələrlə qidalanırdım.” Bundan sonra Ağdamın Qərvənd kəndi istiqamətinə hərəkət edir. Təmas xəttindəki minalanmış əraziləri qət etmək üçün çıxış yolunu Xaçın çayına girib suyla axaraq qarşı tərəfə keçməkdə görür. Onun planı uğurla həyata keçir və bu yolla ikiillik əsirlik həyatına son qoya bilir.
Qaçqınkomun yerli nümayəndəsi Hüseyn Yusifov və icra hakimiyyətinin əməkdaşı Rəsul Paşayev bizimlə söhbətində məcburi köçkünlər üçün tikilmiş binada birotaqlı mənzil olmadığından 16  məcburi köçkün ailəsinə ev verilmədiyini bildiriblər.  Gələcəkdə Faiq Məmmədov da daxil olmaqla həmn ailələrə ev veriləcəyi nəzərdə tutulur.
 
"*Bu məqalə "Beynəlxalq Həyəcan" təşkilatının "Eşidilməyən səslər" layihəsi çərçivəsində hazırlanıb. Layihə Böyük Britaniyanın Münaqişələrin qarşısının alınması, stabillik və təhlükəsizliyə yardım fondu tərəfindən maliyyələşir. Məqalənin məzmununa görə məsuliyyəti müəllif daşıyır. Müəllifin mövqeyi "Beynəlxalq həyəcan" və donorların mövqeyi ilə üst üstə düşməyə bilər. "



www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol