• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda gürcü rəssamlarının sərgisi açıldı

Bakıda gürcü rəssamlarının sərgisi açıldı
16.11.2015 15:25
Azərbaycan Milli İncəsənət Muzeyində gürcü rəssamları – Gürcüstan Rəssamlıq Akademiyasının rektoru akademik Qiya Ququşvili və professor Ketevan Matabellinin fərdi sərgisi açılıb. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sərgi nazirlik və Milli İncəsənət Muzeyi tərəfindən təşkil edilib. 
 
Açılış mərasimində mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, muzeyin direktoru, əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev, Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və başqaları iştirak ediblər.
 
Qeyd edilib ki, son illər Azərbaycanla Gürcüstan arasında mədəni əlaqələr genişlənib. Sərgilərin və digər mədəniyyət tədbirlərinin keçirilməsi artıq ənənəyə çevrilib.
 
Tədbirdə Gürcüstan Rəssamlıq Akademiyanın rektoru, Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze və Gürcüstan Milli Elmlər Akademiyasının müxbir üzvü Valeri Asatianiyə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Fəxri doktoru” adı verilməsi haqqında diplomlar, Mədəniyyət və Turizm Nazirliyinin təşəkkürnamələri təqdim olunub.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol