• $
  • €
  • ₽
  • ₺
  • £

"Söz” ədəbi layihəsinin təqdimatı keçirildi

"Söz” ədəbi layihəsinin təqdimatı keçirildi
16.11.2015 20:56
Təqdimat mərasimində Argentina, İspaniya, Böyük Britaniya, Rusiya və Yunanıstanın Azərbaycandakı səfirliklərinin təmsilçiləri şeirlər söyləyiblər

 Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində "Söz” ədəbi layihəsinin təqdimat mərasimi keçirilib.
"Report" xəbər verir ki, ədəbi-bədii gecədə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq şairi Fikrət Qoca, Bakıdakı Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin təmsilçiləri, mədəniyyət və ədəbiyyat xadimləri iştirak edib.

Tədbiri layihənin rəhbəri Nigar Həsənzadə açaraq layihə haqqında məlumat verib. N.Həsənzadə, "Söz” ədəbi layihəsinin Azərbaycanın yazıçı və şairlərinin həm ölkə daxilində, həm də beynəlxalq ədəbi mühitdə tanıdılmasına, cəmiyyətdə ədəbiyyata, ədəbi ənənələrə, poetik axşamlara marağın artırılmasına, yeni istedadlı yazarların yaradıcılığının təşviq olunması məqsədi daşıdığını bildirib.

O vurğulayıb ki, layihə Azərbaycanda ədəbi və mədəni inkişafa öz töhfəsini verəcək: "Biz ədəbi axşamlar ənənəsini bərpa etmək üçün hər ay iki dəfə belə tədbirlər keçirməyi nəzərdə tutmuşuq. Bu tədbirlərdə arzu edənlər ölkəmizin ədəbiyyat korifeyləri, gənc yazarlar, eləcə də dünya ədəbiyyatı nümayəndələri ilə tanış ola biləcəklər”.

Mərasimdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar sözün insan həyatında və ünsiyyətində xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Yazıçı ədəbiyyata və söz sənətinə xidmət edən layihənin müsbət nəticələri olacağına əminliyini ifadə edib: "Bütün etiqadlara görə həyatı yaşadan amillərdən biri də sözdür. Bizim ədəbiyyatımızı yaradan böyük söz ustalarının təbliğ edilməsinə bu gün çox böyük ehtiyacımız var. Son dövrlər müxtəlif səbəbdən ədəbiyyata maraq azalıb. Düşünürəm ki, həyata keçirilən bu cür layihələr həm ədəbiyyata, həm də ədəbiyyat adamlarına yenidən artmasına töhfə olacaq”.
Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin nümayəndəsi Əli İhsan Çevik, Argentina, İspaniya, Böyük Britaniya, Rusiya və Yunanıstanın Azərbaycandakı diplomatları şeirlər söyləyib və çıxışlarında tədbiri maraqla qarşıladıqlarını bildiriblər.
Qeyd edilib ki, belə tədbirlər Azərbaycan ədəbiyyatının tanıdılmasına, dünya ədəbiyyatının nümayəndələrinin təbliğinə, eyni zamanda ölkələr arasında mədəni əlaqələrin daha da gücləndirilməsinə xidmət edir.

Sonra Azərbaycan kinosunun dəyərli nümunələrindən olan "Dədə Qorqud” filmindən fraqmentlər nümayiş olunub və bir sıra şeirlər səslənib. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol