• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatrda bu həftə 5 tamaşa nümayiş olunacaq

Musiqili Teatrda bu həftə 5 tamaşa nümayiş olunacaq
17.11.2015 16:14

Azərbaycan Dövlət Musiqili Teatrında  bu həftəsonu 5 tamaşa nümayiş olunacaq.
 
ANN.Az xəbər verir ki, teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, bunlar 20, 21, 22 noyabr tarixlərində saat 12.00 və 19.00-da tamaşaçılara təqdim olunacaq "Kimdir müqəssir?” (Ə. Haqverdiyev), "Ər və arvad” (Ü. Hacıbəyli), "Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər), "Düyməcik” (H.K. Andersen) və "O olmasın, bu olsun” (Ü. Hacıbəyli) tamaşalarıdır. Dövlət Musiqili Teatrı bu həftə də həm rusdilli, həm də balaca tamaşaçılarını unutmayıb.
 
Belə ki, 21 noyabr saat 12.00-da O. Zülfüqarov və R. Heydərin "Dəcəl çəpişlər” əsəri Azərbaycan dilində, 22 noyabr saat 12.00-da isə H.K. Andersenin "Düyməcik” tamaşası rus dilində uşaqlar üçün nümayiş olunacaq. Tamaşaçılar həftəsonu 3 gün ərzində nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorlar – Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Svetlana Bulax, Çingiz Əhmədov, Nahidə Orucova, Şövqi Hüseynov, Boris Qrafkin, Əzizağa Əzizov, Novruz Qartal, Əkbər Əlizadə,  aktyorlar Emil Heydərov, Elnarə Nağdəliyeva, Ruslan Mürsəlov, Elməddin Dadaşov, Yuliya Heydərova, Şaban Cəfərov, Mehriban Zalıyeva, Möylə Mirzəliyev, Marina Litvinenko, Fərid Rzayev, Gülcahan Salamova, Əliməmməd Novruzov, Gülçöhrə Abdullayeva, Məhərrəm Qurbanov, Nadejda Povelitsına, Ağaxan Şərifov, Gülnarə Əzizova, Elxan İsmayılov, Elçin İmanov və başqalarının ifalarını izləyə biləcəklər. Azərbaycan Dövlət Musiqili Teatrı həftəni üzlərində təbəssüm, xoş ovqatla başa vurmaq istəyən hər kəsi bu maraqlı səhnə əsərlərini izləməyə dəvət edir. Qeyd edək ki, bir biletin qiyməti yerindən asılı olaraq 6, 7, 8, 10 manatdır.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol