• $
  • €
  • ₽
  • ₺
  • £

“Yüksəliş” filmi Moskvada

“Yüksəliş” filmi Moskvada
17.11.2015 14:55
Moskvanın Kosmonavtika müzeyində görkəmli alim-konstruktor, SSRİ Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri general-leytenant Kərim Kərimovun xatirəsinə həsr olunan "Yüksəliş” sənədli filminin təqdimatı keçirilib.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə kosmonavtika sahəsinin tanınmış şəxsiyyətləri – təyyarəçi-kosmonavtlar, iki dəfə Sovet İttifaqı Qəhrəmanları Viktor Qorbatko, Viktor Savinıx, Aleksandr İvançenkov, Aleksandr Aleksandrov, Sovet İttifaqı Qəhrəmanları Aleksandr Kalerin, Vladimir Djanibekov, Anatoli Arzebarski, eləcə də Moskva ictimaiyyəti nümayəndələri və Azərbaycan diaspora təmsilçiləri iştirak edib.
Tədbirdə çıxış edənlər arasında sovet kosmonavtikasının banisi Sergey Korolyovun qızı – professor, SSRİ Dövlət mükafatı laureatı Natalya Korolyova Kərim Kərimov haqqında xoş xatirələri ilə bölüşüb. O, "Yüksəliş” filminin Bakıda təşkil olunan təqdimatı barədə tamaşaçıları məlumatlandırıb və Azərbaycanın inkişafı və qonaqpərvərliyi barədə tədbir iştirakçılarına ürəkdolusu danışıb.

Nazirlikdən bildirilib ki, bu günlərdə Rusiya paytaxtında "Yüksəliş” filminin daha bir neçə nümayişi keçiriləcəkdir.

Filmin müəllifi, xalq artisti, rejissor Vasif Babayevdir. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol