• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Dram Teatrı Minskdə “İlahi oyun” tamaşası ilə çıxış etdi

Milli Dram Teatrı Minskdə “İlahi oyun” tamaşası ilə çıxış etdi
23.11.2015 20:47
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Belarusda keçirilən Gənclərin II Beynəlxalq Teatr Forumunda "İlahi oyun” tamaşası ilə iştirak edib. 
 
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, səfər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə baş tutub. Beynəlxalq tədbir MDB və Baltikyanı ölkələri, Gürcüstanı əhatə edib və "İlahi oyun” tamaşası ilə açılıb. Forumda Azərbaycan səfirliyinin nümayəndələri, diplomatik korpusun əməkdaşları iştirak edib.
 
Beynəlxalq tədbirin açılışından sonra Akademik Milli Dram Teatrının baş rejissoru-bədii rəhbəri, xalq artisti Azərpaşa Nemətin rəhbərliyi ilə teatrın kollektivi rəssamların, dramaturqların, rejissorların və teatrşünasların məşğələ və master klaslarında iştirak edib. Məşğələlərdə Akademik Milli Dram Teatrının rejissoru Mikayıl Mikayılovun işi uğurlu hesab olunub və rejissora xüsusi diplom təqdim olunub.

"Kitabi-Dədə Qorqud” dastanının "Dirsə xan oğlu Buğac” boyu əsasında hazırlanmış birhissəli etno-müziklın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayevdir. Səhnə əsərinin musiqi tərtibatı Vidadi Həsənov və Mikayıl Mikayılova, rəqslərin quruluşu Pərviz Məmmədrzayev və Nigar Güləhmədovaya məxsusdur.
 
Tamaşada əməkdar artistlər Vidadi Həsənov, Pərviz Məmmədrzayev, aktyorlar Nigar Güləhmədova və Novruz Novruzlu çıxış edirlər. "İlahi oyun” tamaşası Belarusun Yanka Kupala adına Milli Akademik Teatrında oynanılıb.
 
Qeyd edək ki, Gənclərin II Beynəlxalq Teatr Forumu Beynəlxalq Çexov Teatr Festivalı çərçivəsində gənc rejissorların işlərinə baxış məqsədi ilə təşkil olunur.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol