• $
  • €
  • ₽
  • ₺
  • £

"Rafiq Tağı Mükafatı" təqdim edildi

"Rafiq Tağı Mükafatı" təqdim edildi
24.11.2015 10:53
Noyabrın 23-də Rafiq Tağının faciəli vəfatının 4-cü ildönümüdür.

Bu məqsədlə tanınmış yazarlar, media nümayəndələri, oxucular yazıçının məzarını ziyarət ediblər.

Tədbirdə şair Rasim Qaraca, jurnalistlər Əvəz Zeynallı, Rövşən Hacıyev, yazıçı Azad Qaradərəli və digərləri çıxış edərək Rafiq Tağının nəsr və publisistika yaradıcılığından söz açıblar.

Onun Azərbaycan maarifçiliyindəki yerini dəyərləndiriblər.

Daha sonra "Dalğa” Gənclər Təşkilatının həmtəsisçisi Ramin Hacılı çıxış edərək təşkilatın ənənəvi "Rafiq Tağı mükafatı”nı sahiblərinə təqdim edib.

Mükafatın builki sahibləri Azadlıq Radiosu "Oxu

​Zalı"nın redaktoru, yazıçı Nərmin Kamal, Kulis.az dərgisinin redaktoru, yazıçı Şərif Ağayar və "Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu olub.

Tədbirin sonunda R.Tağının ailə üzvləri ziyarətə gələn insanlara minnətdarlıq ediblər.

​Qeyd edək ki, Dalğa Gənclər Hərəkatı Azərbaycanda Avropa və ümumbəşəri dəyərlərin yayılması istiqamətində fəaliyyət göstərən Rafiq Tağının əziz xatirəsinə "Rafiq Tağı Mükafatı" təsis edib.

Mükafat ölkədə Avropa və ümumbəşəri dəyərlərin yayılmasına xidmət edən şəxslərə verilir. /Azadliq.org

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol