• $
  • €
  • ₽
  • ₺
  • £

"Sonsuz dəhliz" filmi Barselonada

"Sonsuz dəhliz" filmi Barselonada
24.11.2015 20:45
Barselonada "Sonsuz dəhliz” filminin premyerası keçiriləcək.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Trend-ə verilən məlumata görə, litvalı prodüser Aleksandras Brokasın rejissoru olduğu "Endless Corridor” (Sonsuz dəhliz) sənədli filminin dekabrın 3-də, yerli vaxtla saat 18:20-də İspaniyanın Barselona şəhərindəki "Girona” kinoteatrında primyerası keçiriləcək.

Xocalı qətliamından bəhs edən film 26 noyabr -10 dekabr tarixlərində Kataloniya vilayətinin paytaxtı Barselonada keçiriləcək İnsan Hüquqları Film Festivalının proqramı çərçivəsində nümayiş olunacaq. "Sonsuz dəhliz” filminin Barselona festivalında nümayişi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş bir milyondan çox azərbaycanlının pozulmuş hüquqlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün yaxşı fürsətdir.

Bu il Barselona Film Festivalı üçün seçilmiş filmlər arasında Fələstin, İraq, İsrail, Almaniya, İngiltərə, İordaniya, Estoniya, Türkiyə, Serbiya, İtaliya, Kanada, Rusiya, Danimarka, ABŞ, Polşa, Livan, Moldova, Sahara, Mərakeş, Suriya, Argentina və dünyanın bir çox kinematoqrafçılarının əsərləri yer alıb.

Festival təşkilatçılarının konsepsiyasına görə heç bir film digərindən üstün tutulmamalıdır. Festivala təqdim olunan filmlərdə insan hüquqları ilə bağlı müxtəlif narahatlıqlar fiksiya, animasiya və sənədli film janrlarında ifadə edilib.

Xatırladaq ki, "Sonsuz dəhliz” filmi bu il ərzində müxtəlif beynəlxalq kinofestivalların diqqət mərkəzində olub. ABŞ-da keçirilən "Accolade Qlobal Film Competition” müsabiqəsində "Best of Show” mükafatını aldıqdan sonra bu film daha üç nüfuzlu mükafata layiq görülüb. Belə ki, Madrid Tenerife Beynəlxalq Film Festivalları "Sonsuz dəhliz” filmini "Ən yaxşı sənədli film” və A.Brokası "Ən yaxşı sənədli film rejissoru”, "Milan IFF 2015 Film Festivalı” isə "Ən yaxşı montaj olunmuş sənədli film” nominasiyası üzrə qalib elan edib.

"Sonsuz dəhliz” filminin "Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində bu ilin fevral ayında İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə təqdimatı keçirilib. İngilis dilində çəkilən film Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan, türk, fransız, italyan və alman dillərinə subtitrlərlə tərcümə edilib, rus dilində isə dublyaj olunub.

Film "Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Türkiyənin "Kanal 24”, "CNN Türk”, Albaniyanın Milli Televiziyası və İsrailin "Channel 1” televiziya kanallarında da nümayiş olunub.

Xatırladaq ki, filmin primyerası ötən il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib. "Sonsuz dəhliz” sənədli filmi prodüserlər A.Brokas və nüfuzlu "Grammy Award” mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib. Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib. Film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında qurulub, burada Qarabağın Azərbaycan tarixi və mədəniyyəti üçün əhəmiyyətinə dair süjetlərə yer verilib. Filmdə Xocalı soyqırımına dair indiyədək az məlum olan yeni faktlar, sənədlər və vaxtilə çəkilmiş videogörüntülər və fotomateriallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol