• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatrın Yaradıcılıq Studiyası açılışa hazırlaşır

Musiqili Teatrın Yaradıcılıq Studiyası açılışa hazırlaşır
25.11.2015 20:14

Azərbaycan Dövlət Musiqili Teatrında yenidən fəaliyyətə başlayan Yaradıcılıq Studiyası açılışa hazırlaşır.
 
ANN.Az xəbər verir ki, teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, studiyanın açılış mərasiminin 2015-ci ilin sonuna qədər keçirilməsi planlaşdırılır. Milli teatr mədəniyyətimizin inkişafının təmin edilməsi, gənclərdə musiqili teatra marağın daha da gücləndirilməsi, müasir və milli səhnə sənətimizin hərtərəfli inkişafının istiqamətləndirilməsi məqsədilə yaradılan Yaradıcılıq Studiyasının açılış mərasimində gənc rejissor Tamilla Aslanovanın hazırladığı konsert-tamaşa təqdim olunacaq. "Yaradıcılıq Studiyasında hazırladığım konsert-tamaşa "Uğur” adlanır. Burada iki gəncin həyat youndan – sevgisindən, bu sevgi uğrundakı fədakarlığından, evlənməsindən, xoşbəxt bir ailəyə sahib olmasından bəhs edilir. Daha çox avtobioqrafik janrda muzkl formasında hazırladığımız bu səhnə nümunəsi bir çox yeniliklərlə zəngindir. Bu mənim bir rejissor kimi ilk sərbəst işimdir. Çalışıram ki, ortaya gözəl bir iş qoymaqla Musiqili Teatrın rəhbərliyinin bizə - gənclərə göstərdiyi etimadı doğruldum. İnanıram ki, hazırladığımız səhnələşdirdiyimiz konsert-tamaşa maraqla qarşılanacaq”, - deyə gənc rejissor Tamilla Aslanova bildirib.
 
Qeyd edək ki, Yaradıcılıq Studiyasının rəhbəri Əməkdar İncəsənət xadimi, Prezident mükafatçısı, tanınmış rejissor Əsgər Əsgərovdur. Studiyada Musiqili Teatrın gənc əməkdaşları ilə yanaşı, keçirilimiş müsabiqə nəticəsində müraciət etmiş ölkənin bir sıra teatrlarının gənc aktyor və rejissorları, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və aktyor olmaq arzusunda olan gənclər təmsil olunurlar.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol