• $
  • €
  • ₽
  • ₺
  • £

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Misirdə beynəlxalq konfrans keçirəcək

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Misirdə beynəlxalq konfrans keçirəcək
25.11.2015 21:50
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Misirin İsgəndəriyyə Kitabxanası dekabrın 8-11-də İsgəndəriyyədə beynəlxalq konfrans keçirəcək.

Komitənin Mətbuat xidmətiondən verilən məlumata görə, "XXI əsrdə demokratiya” mövzusuna həsr olunan konfransda tanınmış siyasətçi, ekspert və akademiklər hazırda dünyada cərəyan edən gərgin proseslər fonunda demokratiya anlayışının əhəmiyyətini müzakirə edəcək, mümkün islahatlar və yeni mexanizmlərin tətbiqi barədə fikir mübadiləsi aparacaqlar. Konfrans çərçivəsində 2016-cı ilin mart ayında Bakıda keçiriləcək IV Qlobal Foruma hazırlıqla əlaqədar toplantının keçirilməsi də planlaşdırılıb.

Konfransın işində Misirin xarici işlər naziri Sameh Şükri, Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumdjiya, eləcə də Hollandiyanin sabiq Baş naziri Vim Kok, Serbiyanin sabiq Prezidenti Boris Tadiç, Bolqarıstanın eks-prezidenti Petar Stoyanov, Nigeriyanın sabiq dövlət başçısı Olusegun Obasanjo, Albaniyanın keçmiş Prezidenti Recep Meydani, Rumıniyanin sabiq Prezidenti Emil Konstantinesku, Uruqvayın sabiq Prezidenti Luis Alberto Lacalle, Ekvadorun sabiq Prezidenti Rozalia Arteaqoa Serrano və İordaniya şahzadəsi Əl Hassan bin Talal iştirak edəcək.

Bundan başqa, konfransa Ərəb Dövlətləri Liqasının Baş katibi Nabil əl-Ərəbi, eləcə də təşkilatın sabiq rəhbəri Əmir Musa, İslam Əməkdaşlıq Təşkilatının sabiq Baş katibi Ekmələddin İhsanoğlu da qatılacaq.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol