• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda Latviya rəssamlarının sərgisi açılacaq

Bakıda Latviya rəssamlarının sərgisi açılacaq
25.11.2015 19:16
Noyabrın 26-da Heydər Əliyev Mərkəzində Latviya rəssamlarının sərgisi açılacaq. Tədbir Azərbaycanda "Latviyanı duyun” şüarı altında keçirilən Latviya günləri çərçivəsində baş tutacaq.

"Müxtəlif dənizlər. Bir dünya” adlı sərgidə tanınmış latviyalı rəssamlar Aleksey Naumov, Kristaps Zarins və Andris Vitolinsin əsərləri nümayiş olunacaq.

Aleksey Naumov (1955) tanınmış peyzaj ustası və müasir Latviya plener rəngkarlığının görkəmli nümayəndəsidir. Hazırda o, Latviya Rəssamlıq Akademiyasının rektorudur. 60-dan artıq fərdi sərgisi keçirilib, 40-dan artıq birgə sərginin iştirakçısı olub.

Kristaps Zarins (1962) Latviya Rəssamlıq Akademiyasının prorektoru və professorudur. Latviya və digər ölkələrdə bir sıra fərdi sərgiləri keçirilib, birgə sərgilərdə iştirak edib. Onun əsərləri Latviya və Rusiyanın müxtəlif muzeylərində, Avropa ölkələrində şəxsi kolleksiyalarda saxlanılır.

Andris Vitolins (1975) sənaye rəngkarlığının təmsilçilərindən biri kimi tanınır. Əsasən insan tərəfindən yaradılmış obyektlərin rəsmini çəkir, lakin yaradıcılığında təbiət mənzərələrinə də yer ayırır. İndiyə qədər 10-dan artıq fərdi sərgisi açılıb, 40-dan çox birgə sərginin iştirakçısı olub. Latviya Rəssamlıq Akademiyasının rəngkarlıq kafedrasının dosentidir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol