• $
  • €
  • ₽
  • ₺
  • £

İçərişəhərdə alma fırtınası - REPORTAJ

İçərişəhərdə alma fırtınası - REPORTAJ
26.11.2015 22:13
Rüstəm Qasımov

Bakıdakı "Natavan" qalereyası cəmi bir neçə il öncə açılmasına baxmayaraq, paytaxtımızın mədəni həyatında böyük rol oynamağa başlayıb. Bir neçə gün əvvəl sərgi salonu özünün ildönümünü "Alma fırtınası" adlı sərgi keçirməklə qeyd etdi, bu sərginin təşkilində isə məşhur azərbaycanlı dizayner və sərgi salonunun direktoru Natəvan Əliyevanın böyük rolu var. 

Sərginin keçirilməsindən qısa müddət əvvəl "Alma fırtınası" adlı müsabiqə elan edilmişdi, burada ürəyi istəyən hər kəs iştirak edə bilərdi. Sonra münsiflər heyəti müsabiuqə iştirakçılarının göndərdiyi işlər əsasında ən yaxşılarını seçdi. Yeri gəlmişkən, qeyd edək ki, müsabiqə iştirakçılarının seçimi dar idi, onlar yalnız alma mövzusunda işlər təqdim etməliydilər. 

Buna baxmayaraq, vernisajın ekspozisiyası çox maraqlı və rəngarəng alınmışdı. Məsələn, "Yeni Gallery" Bakı incəsənət mərkəzinin direktoru Rafael Gülməmmədli yetişmiş almaları əks etdirən və 30 il əvvəl çəkdiyi əsəri sərgiyə təqdim etmişdi. Rafael müəllimin işi sərgi ziyarətçilərinin böyük marağına səbəb olurdu. 

Sərgidə iştirak edən azərbaycanlı rəssamlara misal kimi Lalə Ağayevanı, Ülviyyə Musayevanı, Günel Ravilovanı, Könül İsmayılovanı, Fidan Alimovanı, Rüfət Əsgərovu, Kəmalı Musayevanı, Ayla İnsanovanı, Səbinə Nəcəfovanı, Ülviyyə Nəsibovanı, Mehriban Şəmsəddinskayanı, Röya Həsənovanı, Ayşən Axundovanı, Aynur Cəfəri, Nuranə Novruzovanı, Reyhan Osmanovanı, Nərmin Qədirlini, Kamilla Temirqaliyevanı, Rauf Qaraliyevi, Mədinə Cəlilovanı, Fatima İskəndərovanı, Əziz Həsənovu, Sevinc Musayevanı, Elmira Mirzəyevanı və başqalarını göstərmək olardı. 

Sərgidə nümayiş etdirilən şəkillərə baxmaqdan əlavə, ziyarətçilər təqdim olunan dadlı alma cemlərini, pirqoları və digər təamları da dada bilərdilər.

Mədəniyyəti, maarifçiliyi, elmi və təhsili təbliğ edən ANN.Az xəbər portalı paytaxtımızda baş verən mədəniyyət hadisələrini diqqətdən kənarda qoymur. "Natavan" qalereyasını ildönümlərini münasibətilə təbrik edirik. 

Sərgidən şəkilləri təqdim edirik. 

Xoş seyrlər: 
 




























www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol