• $
  • €
  • ₽
  • ₺
  • £

Şəki 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olundu

Şəki 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olundu
27.11.2015 10:32
Noyabrın 26-da Türkmənistanın Marı şəhərində TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının növbəti 33-cü toplantısı öz işinə başlayıb.  APA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, toplantıda Azərbaycanı mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Toplantı çərçivəsində ötən il həyata keçirilmiş layihələrə dair TÜRKSOY Baş katibinin hesabatı dinlənilib, 2016-cı il üçün tədbirlər planının təsdiqi həyata keçirilib.
 
Toplantıda çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev TÜRKSOY təşkilatı tərəfindən həyata keçirilən "Türk dünyasının mədəniyyət paytaxtı" layihəsinin əhəmiyyətini vurğulayıb.  O, Azərbaycanın qədim tarixi və mədəni mərkəzlərindən biri olan Şəki şəhərinin 2016-cı il üçün türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı Azərbaycan tərəfinin təklifinin TÜRKSOY təşkilatı tərəfindən nəzərdən keçirilməsini xahiş edib.
 
Vurğulanıb ki, füsunkar təbiəti, nadir tarix-memarlıq abidələri, inkişaf etmiş sənətkarlığı, zəngin irsinin qorunması nəticəsində bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilmiş Şəkinin türk dünyasının mədəniyyət paytaxtı elan olunması unikal mədəniyyətimizin təşviqində əhəmiyyətli rol oyanacaq.
 
TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının növbəti 33-cü toplantısının yekununda Azərbaycan tərəfinin Şəki şəhərinin 2016-cı il üçün türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı təklifi üzv dövlətlər tərəfindən yekdilliklə müsbət qiymətləndirilmiş və Şəki "Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol