• $
  • €
  • ₽
  • ₺
  • £

Firəngiz Əlizadənin “İntizar” operasının tamaşası keçiriləcək

Firəngiz Əlizadənin “İntizar” operasının tamaşası keçiriləcək
30.11.2015 23:25
Tamaşada təbiət gözəlliklərinin təsvirinə geniş yer verilib

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin "İntizar” operasının tamaşası keçiriləcək.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, opera dekabrın 12-də nümayiş olunacaq. 

Məlumata görə, bir neçə il bundan əvvəl yeni quruluşda səhnəyə qoyulan, 2014-cü ildə isə yeni redaksiyada tamaşaçılara təqdim edilən opera bütün zamanlar üçün aktual olan bir mövzuda – Xeyir və Şər qüvvələr arasında mübarizə, bunun nəticəsi olaraq günahsız insanların ölümü, yaxın qonşuların xəyanəti və s. həsr edilib.

Tamaşada, həmçinin təbiət gözəlliklərinin təsvirinə də geniş yer verilib.

Opera tamaşasının libretto müəllifi professor Nərgiz Paşayeva, yeni redaksiyanın rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijor beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev, quruluşçu rəssam isə xalq rəssamı Tahir Tahirovdur.

Tamaşada əsas rolları xalq artisti Qərinə Kərimova, əməkdar artistlər Gülnaz İsmayılova, Fərid Əliyev, Səbinə Vahabzadə, Fəridə Məmmədova, Əkrəm Poladov, gənc solistlər İlham Nəzərov, Fəhmin Əhmədli ifa edəcək. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol