• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın xalq artisti məşhur fransız aktrisası ilə birgə filmə çəkiləcək

Azərbaycanın xalq artisti məşhur fransız aktrisası ilə birgə filmə çəkiləcək
01.12.2015 16:42
Rus Dram Teatrının aktyoru, Azərbaycanın xalq artisti Hacı Murad Yagizarov Almaniyada yeni filmə çəkiləcək.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, H.M.Yagizarov uzun illərdir Almaniyada yaşasa da, hər il Bakıya gəlir və çalışdığı Rus Dram Teatrının səhnəsində maraqlı obrazlar yaradır.

Məlumata görə, Almaniyaya bu dəfəki gedişində yeni filmdə çəkilmək təklifi alan aktyorun tərəf müqabili məşhur fransız aktrisası İzabel Adjani olacaq.

Xalq artisti Hacı Murad Yagizarov filmin çəkilişlərinin nə vaxt başlayacağının məlum olmadığını deyib: "Mənim ailəm Almaniyada yaşayır. Ona görə də, mən ilin 5-6 ayını Bakıda, qalan vaxtlarında isə Almaniyada oluram. İlk dəfə Almaniyada "Nürnberq prosesi" filmində çəkilmişəm. Həmin filmdə qızım Marianna da, tərcüməçi rolunu ifa etmişdi. Yeni filmə çəkilmək təklifinə müsbət cavab vermişəm. Yeni film romantik janrda çəkiləcək. Ümid edirəm ki, maraqlı ekran əsəri olacaq. Filmdə tanınmış fransız aktrisası İzabel Adjari ilə tərəf müqabili olacam. Çəkilişlərin nə zaman başlayacağını dəqiq deyə bilmərəm. Hazırda isə Bakıdayam və Rus Dram Teatrının səhnəsində tamaşalarda rollarımı ifa edirəm"
Qeyd edək ki, H.M.Yagizarov hazırda Rus Dram Teatrının repertuarında olan "Qurtlar və quzular" və "Artist və onun kölgəsi" tamaşalarında çıxış edir.
Dekabrın 4-də "Artist və onun kölgəsi" tamaşası növbəti dəfə nümayiş etdiriləcək. Bu tamaşa H.M.Yagizarovun 75 illik yubileyi münasibətilə hazırlanıb. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol