• $
  • €
  • ₽
  • ₺
  • £

Tələbə-aktyor Musiqili Teatrda baş rolda oynayacaq

Tələbə-aktyor Musiqili Teatrda baş rolda oynayacaq
01.12.2015 19:24

Azərbaycan Dövlət Musiqili Teatrında məşqləri davam edən Xalq yazıçısı Elçinin "Baladadaşın toy hamamı” komediyasında baş rolu tələbə-aktyor canlandıracaq.
 
ANN.Az xəbər verir ki, teatrın mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Baladadaş obrazının ifaçısı Əmrah Dadaşov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqili teatr aktyoru” fakültəsinin 4-cü kurs tələbəsidir. Universitetdə və Tədris Teatrındakı tamaşalarda istedadı və fəallığı ilə fərqlənən Ə. Dadaşovu bu rola teatrın direktoru Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əliqismət Lalayev dəvət edib. "Əmrah Dadaşovu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində mənim rejissor kursumun hazırladığı "Leyli və Məcnun” tamaşasında gördüm. Əmrah orda Məcnun obrazında oynayırdı. İlk baxışdan öz oyunu, istedadı ilə diqqətimi çəkdi və nəticədə Musiqili Teatra dəvət etdim. Təsadüf elə gətirdi ki, "Baladadaşın toy hamamı” tamaşasına hazırlaşan Xalq artisti Cənnət xanım Səlimova da onu bəyəndi və Baladadaş obrazını ona həvalə etdi. Ümid edirəm ki, o bu məsuliyyətli işin öhdəsindən layiqincə gələ biləcək”, - deyə Əliqismət Lalayev bildirib.
 
Əmrah Dadaşov ilk dəfə böyük səhnədə baş obrazı canlandırmaq fürsətini özü üçün böyük bir şans kimi dəyərləndirib. "Xalq yazıçısı Elçin kimi böyük bir dramaturqun əsərində baş rolda, Xalq artisti Cənnət xanım Səlimova kimi bənzərsiz bir rejissorla işləmək sözün həqiqi mənasında əsl xoşbəxtlik və özümü təsdiq etmək üçün az-az ələ düşən bir şansdır. Bu mənim böyük səhnədə debütum olacaq. Mənə bu şəraiti yaratmış hər kəsə təşəkkürümü bildirirəm. Və söz verirəm ki, bütün istedadımla çalışıb teatr rəhbərliyinin etimadını doğruldacağam”, -  deyə Əmrah Dadaşov söyləyib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol