• $
  • €
  • ₽
  • ₺
  • £

"Rus bukeri" mükafatının qalibi seçildi

"Rus bukeri" mükafatının qalibi seçildi
04.12.2015 21:49
Rusiyanın ən nüfuzlu roman mükafatı olan "Rus bukeri"nin 2015-ci il qalibi məlum oldu. Bu, yazıçı Aleksandr Snegirevin "Vera" romanıdır.

Mükafatın kuratoru "bu seçimin sensasion olduğunu, hərçənd, bu müəllifi böyük gələcək gözlədiyinə heç kəsdə şübhə olmadığını" deyib.

"Vera" romanının baş qəhrəmanı Vera uşaq sahibi olmaq istəyir və bütün gücüylə uşağa ata tapmağa çalışır.

Aleksandr Snegirev 1980-ci ildə doğulub. «Как мы бомбили Америку» (2007), «Нефтяная Венера» (2008), «Тщеславие» (2010), «Чувство вины» (2013) romanlarının müəllifidir. Bundan əvvəl bir sıra mükafatlar alıb.

"Vera" romanı "Drujba narodov" jurnalının 2015-ci il, 1-ci sayında da işıq üzü görüb.

"Rus bukeri" mükafatı 1992-ci ildən etibarən rus dilində hər ötən il nəşr olunan ən yaxşı romana görə verilir. Qalib 1,5 milyon rubl (222 min ABŞ dolları) pul mükafatı alır.

Mükafatın sponsoru Rusiyanın "ГЛОБЭКС" bankıdır.

Bu bank "Rus bukeri" mükafatının qalibindən əlavə, qısa siyahısına düşmüş əsərlərdən birini ingilis dilinə tərcümə etdirir və Britaniyada nəşrinə nail olur, nəşri baş tutmuş yazıçıya (bu il Alisa Qəniyeva) ayrıca 750 min rubl mükafat verir. /Azadliq.org

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol