• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatrda Yeni İl şənliklərinə hazırlıq yekunlaşmaq üzrədir

Musiqili Teatrda Yeni İl şənliklərinə hazırlıq yekunlaşmaq üzrədir
04.12.2015 23:50

Azərbaycan Dövlət Musiqili Teatrı 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 2016-cı il – Yeni İl Bayramı şənliklərinə çiddi şəkildə hazırlaşır.
 
ANN.Az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, bayram şənlikləri ilə bağlı hazırlıq prosesi artıq yekunlaşmaq üzrədir. Dövlət Musiqili Teatrında "Yeni İl” şənlikllərinin 24 dekabr 2015-ci il tarixində başlanması və 10 yanvar 2016-cı il tarixinə qədər davam etməsi planlaşdırılır. Teatrın direktor müavini Hüseyn Hüseynov deyib ki, Musiqili Teatr bu il tam fərqli, bir çox yeniliklərlə zəngin olan əsl bayram şousu hazırlayıb. "Öncə hər kəsi 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 2016-cı il – Yeni İl Bayramı münasibətilə təbrik etmək istəyirəm. Teatrımız bu möhtəşəm bayramlara və bayram tədbirlərinə ciddi şəkildə hazırlaşıb. Bildiyiniz kimi Yeni İl Bayramının xüsusi özəllikləri var. Onlardan biri də yolkaların, evlərin, binaların bəzədilməsidir. Bir neçə həftədən sonra 2016-cı ilin gəlişini qeyd edəcəyik. Biz artıq hazırlıq işlərini yekunlaşdırmışıq. Binamızın fasadı Yeni İl Bayramı münasibətilə tam bəzənib. Yeri gəlmişkən, teatrımızın təşkil etdiyi "Yeni İl” şənlikllərində balaca tamaşaçılarımızı bir sıra maraqlı məqamlar, sürprizlər, müxtəlif nağıl qəhrəmanları ilə əyləncələr gözləyir. Şaxtababa və Qarqız onlar üçün gözəl hədiyyələr hazırlayıb. Hamını Azərbaycan Dövlət Musiqili Teatrında Yeni İli birlikdə qarşılamağa dəvət edirəm”, - deyə Hüseyn Hüseynov bildirib.
 
Qeyd edək ki, bayram şousu ilə yanaşı, Dövlət Musiqili Teatrında nağıl-tamaşa da hazırlanır. Məşqləri gərgin şəkildə davam edən nağıl-tamaşanın quruluşçu-rejissoru Əhəd Hacıyev, rejissoru Anar Sadıqov, rejissor assistentləri Elməddin Dadaşov və Sevinc Məmmədovadır. Tamaşanın musiqi tərtibatı Mehman Fərəcova məxsusdur.
 
Biletləri şəhərin bütün teatr-konsert kassalarından əldə etmək olar.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol