• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatrın aktrisası yeni seriala çəkilir

Musiqili Teatrın aktrisası yeni seriala çəkilir
08.12.2015 22:58

Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Ülviyyə Əliyeva yeni seriala çəkilir.
 
ANN.Az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, çoxlarının "Keyxanım” kimi tanıdığı, Dövlət Musiqili Teatrında bir-birindən maraqlı obrazlar yaradan Ülviyyə Əliyevanın çəkildiyi yeni serial "Əntiqə rəfiqələr” adlanır. Yaradıcı kollektiv milli-mənəvi dəyərlərin, saflığın, dürüstlüyün təbliğini qarşısına məqsəd qoyub. Serialda iki əsas qəhrəman var. Onlardan birini Ülviyyə Əliyeva, digərini isə Azərbaycan Respublikasının Əməkdar artisti Tunzalə Əliyeva canlandırır. "Bu bizim Toppuş bacıyla, yəni Tunzalə Əliyeva ilə birlikdə ilk müstəqil işimizdir. Yəni birinci dəfədir ki, biz heç bir televiziyanın, prodakşının, komandanın tərkibində olmadan, müstəqil şəkildə ikimiz birlikdə bir iş araya-ərsəyə gətirməyə çalışmışıq. Elə "Əntiqə rəfiqələr”in ideyası da Tunzalə xanıma məxsusdur. Serialda əsasən iki rəfiqənin başına gələn maraqlı, gözlənilməz, komik situasiyalarla dolu əhvalatlar baş verir. Ümid edirik ki, bizim bu yeni işimiz də sevimli tamaşaçılarımızın rəğbətini qazanacaq. Paraelel olaraq Musiqili Teatrda da işlərimi davam etdirirəm. Hazırda Xalq yazıçısı Elçinin "Baladadaşın toy hamamı” komediyasında Anaxanım obrazını məşq edirəm. Anaxanım çox maraqlı, özünəməxsus xüsusiyyətləri olan bir obrazdır. Əminəm ki, Anaxanım obrazı da tamaşaçıların yaddaşında iz qoyacaq. Ümumiyyətlə, yeni səhnə əsərlərinin məşqindən, repertuardakı tamaşalarda canlandırdığım obrazlardan xüsusi zövq, güc alıram. Fürsətdən istifadə edib məni sevənləri Musiqili Teatrda oynadığım tamaşalara baxmağa dəvət edirəm”, - deyə Ülviyya Əliyeva bildirib.
 
Qeyd edək ki, ailə-məişət mövzusundan bəhs edən "Əntiqə rəfiqələr”in quruluşçu-rejissoru Xamis Ağcayevdir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol