• $
  • €
  • ₽
  • ₺
  • £

"Mona Lisa" rəsminin altından başqa qadın çıxdı

"Mona Lisa" rəsminin altından başqa qadın çıxdı
09.12.2015 13:16
Fransız tədqiqatçı Pascal Cotte, "Mona Liza” rəsm əsərinin üst təbəqəsinin altında daha bir rəsm aşkar edib.

O, on ildir ki, bu rəsmi tədqiq edir və indi iddia edir ki, rəsmin altında başqa bir qadının rəsmi var.

O, deyir:

"Mənim rəsm tədqiq etmək üsulum bizi hər hansı rəsmin düz ürəyinə aparıb çıxarır."

"İndi biz bu rəsmi analiz edə bilərik, onu soğan qabığı kimi bir-bir soya və bu rəsmin yaranması ardıcıllığını rekonstruksiya edə bilərik.”

"Gizli rəsmdə bir qadın var, o, uzaqlara baxır, amma təbəssüm etmir. Bu, əsl  Cokondonun rəsmidir, Florensiyalı tacirin arvadının." 

"Mona Liza”nın saxlandığı Luvr Muzeyində Pascal Cotte'un bəyanatını şərh etmək istəməyiblər. Çünki Kott bu muzeyin tədqiqat qrupunun üzvü deyil. O, sadəcə 2004-cü ildə sözügedən rəsmi tədqiq etmək üçün Luvrdan icazə alıb.

Bəzi mütəxəssislərin fikrincə, rəssamlar çox vaxt öz əvvəlki, xoşlamadıqları əsərlərinin üzərindən çəkirlər.

"Mona Liza”nın altında başqa bir qadının olması haqda qərarı isə indi muzeyin tədqiqat qrupundakı mütəxəssislər təhlil edəndən sonra rəsmiləşdirəcəklər.

Sənət tarixçisi Andrew Graham-Dixon deyib ki, bu rəsm araşdırmaq üsulu sənət tarixində böyük dəyişiklik edəcək. /Azadliq.org

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol